Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Neft müharibəsi davam edir: Rusiya razılaşmanı pozur

Tarix: 23-04-2020 20:18     Baxış: 3161 A- / A+
Neft müharibəsi davam edir: Rusiya razılaşmanı pozur

OPEK+ üzvlərinin aprelin 12-dəki videokonfransında ümumi razılaşma belə olmuşdu ki, sutkalıq neft hasilatı 9,7 milyon barel azaldılsın.
Bundan sonra qiymətin artacağı gözlənilsə də, əks proses baş vermişdi. Həm “Brent”, həm də “Azeri Light” da olmaqla bir çox neft markaları son 21 ilin ən aşağı göstəricisini görmüşdü. WTI isə aprelin 20-də hətta mənfi saldo ilə satılmışdı.

Manevr.az xəbər verir ki, Rusiya razılaşmaya əməl etməmək qərarına gəlib. Qonşu ölkə hasilatı artırır. Dünən hasilatda əvvəlki günlərlə müqayisədə 0,6 faiz artım olub. Rusiya aprelin ortalarına qədər sutkada 1,537 milyon ton neft çıxarırdı. Aprelin 17-də “RN-Yuqansknefteqaz” və “Surqutnefteqaz”ın payı artırması sayəsində hasilat 0,8 faiz çoxalmışdı. Bu gündən Rusiyada “Lukoyl”un dəstəyi ilə sutkada 1,557 milyon ton neft çıxarılacaq.

Beləcə, aprel üçün orta sutkalıq hasilat 11,28 milyon barel təşkil edəcək. Martla müqayisədə cəmi 0,1 faiz azalma var. Rusiya OPEK+ razılaşmasını gözlənildiyindən xeyli əvvəl pozur. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında martın 6-dan neft müharibəsi gedir. Həmin gün tərəflərin razılaşmasının alınmaması neft bazarında inqilab effekti vermişdi. Qiymət təxminən iki dəfə azalmışdı. Əvəzində Səudiyyə Ərəbistanı hasilatı xeyli artırmaq qərarı vermişdi. Nəticədə “Brent”in bareli 15.99 dollara qədər ucuzlaşmışdı. İndi qiymət bir az yüksək olsa da, bazardakı ovqat nikbinliyə əsas vermir.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar