Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan canlı yayımda rüsvay oldu - VİDEO

Tarix: 19-04-2020 22:07     Baxış: 4174 A- / A+
Paşinyan canlı yayımda rüsvay oldu - VİDEO

Ermənistanda Baş nazir Nikol Paşinyanla bağlı maraqlı video-çarx ortaya çıxıb və dərhal da geniş yayılıb. Video-çarx Paşinyanın canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarətdir.

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, həmin texniki kadrları İctimai Telekanalın məqsədli şəkildə, yəni “məxməri” baş naziri gözdən salmaq üçün yaydığı deyilir. Qeyd edək ki, telekanalın icraçı direktoru Marqarita Qriqoyan necə vaxtdır Nikol Paşinyanla münaqişədədir.

İctimai TV-nin yaydığı materialda N.Paşinyan dəfələrlə öskürür, çıxışını məşq edir, butulkadan nəsə içir, həb qəbul edir və çəkiliş qrupunun üzvləri ilə söhbət edir. İnternet istifadəçiləri isə bu kadrlara musiqi və koronavirus görüntüləri əlavə edərək, baş nazirin özünün infeksiyanı yaydığı görüntüsü yaradıblar.

Texniki kadrların görüntülənməsi siyasi qalmaqala səbəb olub. Nikol Paşinyanın mətbuat katibi Mane Qriqoryan İctimai Telekanalın baş direktoruna müraciət edərək ondan “adekvat izahat” tələb edib. “Bu kadrlar efir üçün deyil”, - deyə o, etirazını bildirib və qeyd edib ki, Baş nazirin Aparatının canlı efirin 15 dəqiqə tez başlaması haqda öncədən məlumatlı olmayıb.

“Bu yaramaz əməl onu sübut edir ki, Baş nazir hətta texniki baxımdan olsa belə, artıq efirdə olduğu haqda məlumatlandırılmayıb. Baş nazirin aparatı texniki məşqlə bağlı kadrların üzə çıxması ilə bağlı adekvat izahat gözləyir”, – Mane Qriqoryan əlavə edib.

Ermənistan rəhbərinə yaxın telekanallar və KİV-lər isə hesab edir ki, bu vəziyyətdə qalmaqalın yeganə məntiqi sonluğu İctimai TV-nin rəhbərliyinin, özəlliklə də onun icraçı direktoru Marqarita Qriqoryanın istefası ola bilər. O da bildirilir ki, icraçı direktor uzun illər eks-prezident Serj Sərksiyana sədaqətlə qulluq edib və belə görünür ki, hələ də qulluq göstərməyə davam edir.

Bir şey aydındır: Ermənistandaxili siyasi çəkişmələr indi həm də hökumətin Erməni Apostol Kilsəsi ilə və bu günlərdə sabiq prezident Robert Köçəryana azadlıq istəyən katolikosla açıq konfrontasiyaya girdiyi zamana təsadüf edir. Belə bir məqamda Paşinyana qarşı mərkəzi dövlət televiziyasında özünü göstərən birbaşa təxribatlar baş nazirin proseslərə təsirinin zəifləməsi və ölkədəki situasiyaya getdikcə nəzarəti daha çox itirməsi kimi qiymətləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar