Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə qarşı “Şeytan planı” - Əsədə 3 milyardlıq yardının şok səbəbi

Tarix: 16-04-2020 17:26     Baxış: 2186 A- / A+
Türkiyəyə qarşı “Şeytan planı” - Əsədə 3 milyardlıq yardının şok səbəbi


Liviyada general Xəlifə Haftara vurulan ağır zərbə Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) əks-səda verdi. Haftara son dövrlər sistemli dəstək göstərən və bunun qarşılığında Tripoli hökumətinə bağlı qüvvələrin əməliyyatlarına mane olan BƏƏ İdlibdə Türkiyəyə qarşı şeytan planı həyata keçirməyə çalışır.



Manevr.az
xəbər verir ki, bu iddialarla tanınmış türk yazar Taha Dağlı çıxış edib.

O qeyd edib ki, BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Ziyad Türkiyəyə düşmən mövqeyini ifadə edən feldmarşal Haftarın bir nömrəli müttəfiqidir. BƏƏ bir çox yerdə olduğu kimi, Liviyada da Türkiyəyə qarşı cəbhədə çıxış edir. Haftara son həftələr ərzində xeyli miqdarda silah göndəriblər. Buna baxmayaraq, Türkiyə tərəfindən dəstəklənən Tripoli qüvvələri Haftarın hücumunun qarşısını alıb və işğal etdiyi ərazilərə nəzarəti təmin edə bilib. Bununla da BƏƏ-nin Liviyada Türkiyəyə qarşı planı bu an üçün gücünü itirib.

Taha Dağlıya görə, şahzadə Məhəmməd bin Ziyad Liviyadakı terror fəaliyyətlərini bundan sonra da davam etdirəcək və onun Suriya üzərindən Türkiyəni hədəfə alan başqa bir əməliyyatı da var: “Türkiyə ilə Rusiya Moskvada bir anlaşma əldə etdi. Əsəd rejimi M4 şosesinin şimalından çıxmadı. Rus və türk hərbçilərinin bu yolda müştərək patrul xidməti keçirməsi Əsədin planlarını pozdu.

Moskva razılaşmasının mümkün olan formada işlədiyi bir anda BƏƏ dövriyəyə daxil olur. İki həftə əvvəl şahzadə Məhəmməd bin Ziyad Bəşər Əsədlə telefonla danışaraq ona dəstəyini ifadə etmişdi. Keçən həftə isə Əsədə 3 milyard dollar yardım təklif edib. Şahzadə Əsədə bu pulu niyə verir? Bir səbəb var: İdlibdə atəşkəsi pozmaq. Başqa sözlə, Əsəd rejimi İdlibdə atəşkəsi pozaraq bunun qarşılığında BƏƏ-dən 3 milyard dollar alacaq. Əsəd rejimi artıq atəşkəsi pozmağa başlayıb. Türk-rus əsgərlərinin birgə patrul xidməti apardığı M4 yoluna sızmalar artıb. Əsədə bağlı silahlı şəbəkələrin şose ətrafında olduğu qeyd edilir.

M4 şosesində patrul xidməti hər iki tərəf üçün təxribata açıqdır. Rejimin bu bölgədə varlığını göstərməsi İdlibdə gərginliyi artırır. Çünki bölgədə İŞİD terror şəbəkəsinin təhrik olunan qüvvələri var. İŞİD terrorçuları ilə Əsəd rejimi arasında qarşıdurmaların artması İdlibdəki silahlı qrupların daha asan şəkildə təxribatlar törətməsini tətikləyir. İdlibin qərbindəki PKK-PYD terrorçularının da BƏƏ-nin himayəsi iklə bölgəyə yönəlik tədbirləri artması ehtimalı var. Türkiyə üzərinə düşəni edir. Rusiya da həmçinin. Amma unutmayaq ki, mövcud uzlaşmada Əsəd rejimi adına qarant Rusiyadır. Rusiya rejimin addımları və bu addımları tətikləyən PKK-PYD ilə İŞİD hücumlarına görə, Dəməşqə xəbərdarlıq edib, Əsədin özünə çəki-düzən verməsi təmin edilməlidir. Ruslar səssiz qaldırlarI və ya müdaxilə etmədikləri hala Əsəd rejimi və xarici güclərin fəaliyyəti ilə İdlib böhranı yenidən dərinləşə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar