Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Onlayn dərs zamanı ekrana porno çıxdı, nazirlik dərsləri dayandırdı

Tarix: 10-04-2020 18:05     Baxış: 4178 A- / A+
Onlayn dərs zamanı ekrana porno çıxdı, nazirlik dərsləri dayandırdı

Sinqapurda "Zoom" video konfrans tətbiqindən istifadə ilə dərs keçirilməsi qadağan edilib.

Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 39 ibtidai sinif şagirdinin qatıldığı coğrafiya dərsinin hak edilməsi olub. Bundan sonra ekranda xoşagəlməz görüntülər görünməyə başlayıb və ardınca da naməlum iki haker uşaqlardan paltarlarını soyunmalarını istəyib.

Hadisənin üstü uşaqlardan birinin bunu anasına deməsi və onun da yerli mətbuata danışmasından sonra açılıb. Məsələ ilə bağlı istintaq başladılıb. Təhsil Nazirliyi istintaq bitənə qədər tətbiqdən istifadə edilməsinə qadağa qoyub.

"Zoom"un sözçüsü isə BBC-yə açıqlamasında bu hadisədən dərin təəssüf hissi keçirdiklərini deyib. Bildirib ki, yaxın müddətdə proqram üzərində dəyişiklik edilib. Buna görə, konfransı təşkil edən şəxsin iştirakçıları təsdiqləyə bilməsi üçün tənzimləmələrə gözlətmə kabineti xüsusiyyəti əlavə edilib.

Bildirilir ki, oxşar hadisə daha əvvəl ABŞ-ın Yuta və Pensilvaniya ştatlarında da yaşanıb. Ötən həftə Yutada 50-yə qədər şagirdin qatıldığı dərs zamanı ekranda açıq-saçıq görüntülər peyda olub. Daha əvvəl isə Respublikaçı Partiyanın ştat konfransında pornoqrafik məzmunlu video izlədilib. Bənər hadisələr Pensilvaniyada da olub.

Qeyd edək ki, gün ərzində tətbiqdən 200 milyona yaxın insan istifadə edir. Bu rəqəm ötən ilə qədər 10 milyon idi. Lakin mart ayından bəri istifadəçi sayı 20 dəfə-dən çox artıb.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar