Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk gəncdən həyacan dolu çağırış:Virus niyə tüğyan edir?

Tarix: 24-03-2020 13:52     Baxış: 3164 A- / A+
Türk gəncdən həyacan dolu çağırış:Virus niyə tüğyan edir?

İtaliyada biologiya üzrə təhsil alan və orada yaşayan türk gəncin paylaşdığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Manevr.az xəbər verir ki, türkiyəli gənc İtaliyada bu virusun yayılma səbəblərini izah edib. Bildirib ki, koronavirusla bağlı ilk yoluxma halları ortaya çıxandan sonra İtaliya hakimiyyəti məktəblərdə tətil elan edib və müəyyən önləyici tədbirlər alıb. Amma insanlar bunu fürsət bilərək, övladlarını da yayına alıb kafe və restoranları, ticarət mərkəzlərini gəziblər.

Türkiyəli gəncin sözlərinə görə, hökumətin çağırışına baxmayaraq, insanlar ünsiyyəti kəsmək və evdə qalmaq əvəzinə, bu tətilin “ləzzətini çıxarmaq” üçün görüşləri artırıblar. Nəticədə isə bu ölkədə virus inanılmaz dərəcədə sürətlə yayılıb.

O qeyd edib ki, hazırda hər yer qapanıb, evdən yalnız ailənin bir üzvü ərzaq almaq üçün çıxır. Onlar da “nömrələnib” və marketlərdə onların həmin ərazidə yaşadığını bildirən nömrələnmə əsasında ərzaq ala bilirlər. Əgər bu nömrə yoxdursa, onda karantin qaydaları pozulmuş sayılır və polis müdaxilə edir.

Onun sözlərinə görə, ərzaqla bağlı heç bir problem yoxdur, ancaq hazırda həftədə bir dəfə ərzaq almağa çıxmağı qarşılarına məqsəd qoyublar, bacardıqca evdən çıxmamağa çalışırlar.

Türkiyəli gənc hamıya çağırış edərək, hökumətin qoyduğu yasaqlara ciddi əməl edilməsinə, virusdan qorunmaq üçün insanlarla ünsiyyəti tam kəsməyə çağırıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar