Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük oyunun pərdəarxası: “Əsas hədəf başqadır” – Neft savaşı qızışır

Tarix: 13-03-2020 16:06     Baxış: 2147 A- / A+
Böyük oyunun pərdəarxası: “Əsas hədəf başqadır” – Neft savaşı qızışır


“Bu gün neftlə bağlı baş verən proseslər əslində, təkcə “qara qızıl”ın bazarından pay almaq deyil, həm də qaz bazarları uğrunda gedən savaşdır. Belə görünür ki, Rusiya uzunmüddətli strateji qərar alıb ki, ABŞ neft istehsalçılarını bazardan sıxışdırıb çıxartsın, amma hədəf həm də Amerikanın Avropaya aqressiv qaz satışı planlarının qarşısını almaqdır”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, bu ildən başlayaraq, ABŞ Avropaya ildə 80 milyard kubmetr qaz satmağı planlaşdırmışdı:

“ABŞ əsasən də Rusiyanın qaz satdığı bazarları hədəf alıb ki, həmin ölkələr tədricən Rusiya qazından imtina edib Amerikadan tankerlərlə gətirilən maye qaza keçsinlər. ABŞ-ın “Şimal Axını-2” layihəsinə yaratdığı maneələr də məhz qaz bazarı uğrunda gedən savaşla bağlıdır.

Bu gün Rusiya Avropaya ildə 145-150 milyard kubmetr qaz satır, Şimal qonşumuzun büdcə gəlirlərində qaz neftdən daha önəmli yer tutur. Çünki neftdən fərqli olaraq qaz satışı tam dövlətin əlindədir. Qazın qiyməti dolayı yolla neftə bağlıdır, neftə bağlı formulla hesablanır. Düzdür, son zamanlar ayrıca qaz spot qiymətləri də var, amma neft amili həlledicidir. Avropa üçün 2019-cu ilin ortalama qiyməti 194 dollara qədər endi, çünki tək ABŞ yox, Qətər də Avropaya sıxılmış qaz satışını kəskin artırıb, həm də bu il Avropada son illərin ən yumşaq qış mövsümü oldu, qaza təlabat təbii yolla azalmışdı. Ötən il neftin ortalama qiyməti 64 dollara yaxın olub, qazın qiyməti də buna uyğun formalaşıb”.

Natiq Cəfərli hesab edir ki, Rusiyanın stateji hədəfi həm də Avropa qaz bazarını əldən buraxmamaqdır:

“Əgər, bu il neftin ortalama qiyməti 40 dollar olsa və koronavirusla bağlı dünyada iqtisadi aktivliyin azalmasını da nəzərə alsaq, Avropa üçün qazın ortalama qiyməti 1000 kub/metrə görə 105-110 dollara qədər enəcək. ABŞ qazı nəqliyyat, maye hala salınması və sonradan normal hala qaytarılması səbəbilə daha baha başa gəlir. Buna görə, Amerika istehsalçıları Avropaya qazı belə ucuz sata bilməyəcəklər. Rusiyada qaz hasilatının maya dəyəri çox aşağıdır, həm də borularla daşınır deyə nəqliyyat xərci də azdır – Kremlə Avropaya 105-110 dollara qaz satmaq da sərf edir.

Rusiyanın strateji planı uzun zaman neft-qaz qiymətlərini aşağı səviyyədə saxlamaqla bazar payını qorumaqdır. Bəs, Rusiya iqtisadiyyatının özü 2-3 il aşağı qiymətə dözə biləcəkmi? Əsas sual budur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar