Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail ölkəyə gələn hər kəsi iki həftəlik karantinə alacaq

Tarix: 10-03-2020 03:18     Baxış: 3175 A- / A+
İsrail ölkəyə gələn hər kəsi iki həftəlik karantinə alacaq

İsrail hakimiyyəti ölkəyə gələn hər kəsi iki həftəlik karantinə alacaq.

Manevr.az xarici agentliklərə istinadən xəbər verir ki, bundan sonra İsraili ziyarət edənlər üçün hətta xüsusi təcrid olunma yerləri ayrılıb. “Bu ağır qərardır, lakin cəmiyyətin sağlamlığı naminə həyati önəm kəsb edən məsələdir”,-deyə baş nazir Benyamin Netanyahu qərarı şərh edərkən bildirib.

Bundan başqa, B.Netanyahu dünya ölkələrinin liderlərinə koronavirusun yayılması ilə əlaqədar telefon konfransı təşkil olunmasını təklif edib. Onun sözlərinə görə, “İsrailin təklif etməyə və ondan soruşulduğu halda cavab verməyə çox şeyi var”.

Avropa Birliyində İtaliya və Fransa qədər ağır vəziyyətdə olan İspaniyada isə artıq 1204 koronaviruslu xəstə qeydə alınıb. İnfeksiyadan 28 nəfərin öldüyü bildirilir.

ABŞ-da isə Müdafiə nazirliyi çaxnaşmaya düşüb. Belə ki, Birləşmiş Ştatların koronaviruslu hərbi qulluqçusunun Müdafə nazirliyi yaxınlığındakı bir agentlikdə xidmət keçdiyi ortaya çıxıb.

Həmin hərbçinin Efiopiyadan gələrkən infeksiyaya tutulduğu bildirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar