Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail siyasi dalandan çıxa bilmir: Bir ildə dördüncü seçkiyə gedə bilər

Tarix: 06-03-2020 05:20     Baxış: 3146 A- / A+
İsrail siyasi dalandan çıxa bilmir:

İsraildə bir ilin içində keçirilən 3-cü seçki də ölkədəki siyasi böhranı həll etmədi.

Xəbər verildiyi kimi, Benyamin Netanyahunun “Likud” partiyası seçkinin əsas qalibi olsa da, bu, ona Knessetdə (parlament) hökumət qurmaq imkanı vermir. Belə ki, səslərin sayılmasından sonra “Likud”un 36 mandat qazandığı məlum olub. Onun rəhbərlik edəcəyi sağ koalisiya parlamentdə 58 yerə ümid edə bilər. Beni Qantsın rəhbərlik etdiyi müxalif “Kahol Lavan” bloku isə digər müttəfiq partyaları ilə birlikdə 56 deputatın dəstəyinə malikdir. Parlamentin 120 deputatdan ibarət olduğu düşünülsə, hər iki lider azı 61 deputat tərəfindən etimad votumunu almalıdır.

Xarici mətbuat indi B.Netanyahunun başqa partiyalardan “fərari” deputat axtarışında olduğunu yazır. “Bunun üçün o, həmin siyasətçilərə böyük nazirlik portfelləri verməlidir”,-deyə israilli siyasi analitik Tal Şnayder “BBC”yə bildirib.
Siyasi analitiklər hadisələrin 2 ssenari üzrə inkişaf edə biləcəyini söyləyirlər. Bunlardan birincisi “Likud” və “Kaxol Lavan”ın nümayəndələrindən ibarət milli vəhdət hökumətinin qurulması və buraya həm Benyamin Netanyahu, həm də Beni Qantsın əvəzləməli olaraq rəhəbrlik etməsidir. İkinci ssenari isə həmin hökumətdə hazırda haqqında cinayət işi başladılan B.Netanyahunun yer almamasını nəzərdə tutur.
“Ölkə dəhşətli vəziyyətdədir. Parlament bir ildir ki, fəaliyyət göstərmir. Bir ildir ölkə islahatlarsız qalıb, qanunlar və proqramlar qəbul edilmir.

Dövlətin büdcəsi yoxdur. Bu isə bizim milli təhlükəsizliyimizə təhdid, daxili siyasətimizdə isə dağıdıcı təsir rolunu oynayır. Lakin B.Netanyahunun bütün bunlar vecinə də deyil. Çünki bunun sayəsində o, haqqında açılan cinayət işlərinə görə vaxt uda bilir”,-deyə Tal Şnayder qeyd edib.

Analitiklər prezident Reuven Rivlinin gözlənilməz addım ataraq hökuməti formalaşdırmağı liderlərə deyil, tamam başqa bir namizədə tapşıra biləcəyi ehtimalını irəli sürürlər. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar