Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ərdoğanla Putini yalnız İlham Əliyev barışdıra bilər" - "Rosbalt"dan ilginc proqnoz...

Tarix: 01-03-2020 19:27     Baxış: 3215 A- / A+
"Ərdoğanla Putini yalnız İlham Əliyev barışdıra bilər" - "Rosbalt"dan ilginc proqnoz...

Türk PUA-ları döyüşün gedişini dəyişdi

Suriyada Türkiyənin Rusiyanın müttəfiqi Əsədə bağlı qoşun birləşməldərinə qarşı ciddi hücuma keçməsi Moskvada böyük narahatlıq doğurub.

Rus KİV-ləri tələm-tələsik ölkələrinin NATO-da ABŞ-dan sonra ikinci böyük ordunun sahibi ilə üz-üzə gəlmək riskindən danışıblar. Onlar Türkiyə pilotsuz uçan aparatlarının (PUA) son hücumları nəticəsində Əsəd ordusuna dəymiş böyük zərəri detallı şəkildə təsvir etməyə başlayıblar.

Məsələn, “Rosbalt”ın yazdığına görə, Türkiyə ordusu hücumun birinci günü ağır artileriyanın və PUA-ların yardımı ilə Suriya ordusunun “Buk” və “Pantsir” zenit-raket komplekslərini, 23 tankını, 23 artilerriya qurğusunu və 5 helikopterini məhv edib.

Bu gün isə Türkiyə ordusu daha çeviklik göstərib. “Habertürk”ün yazdığına görə, Türkiyə Müdafiə naziri Hulusi Akar martın 1-də günorta saatlarına kimi Əsədə bağlı qüvvələrin 1 PUA-sının, 8 helikopterinin, 103 tankının, 72 artilerriya qurğusunun, 3 zenit-raket kompleksinin və 2 min 212 əsgərinin zərərsizləşdirildiyini bildirib.

Rusiya jurnalistləri sosial şəbəkədə yaydıqları açıqlamalarda Türkiyə PUA-larının Əsədə bağlı birləşmələri iflic vəziyyətinə salıdığın bildirirlər. Onların dediyinə görə, bu PUA-lar hərəkət edən istənilən hədəfi - tankları, avtomobilləri, topa halında hərəkət edən əsgəri bölükləri vurur.

Təbii ki, Rusiya indiyə kimi 12 dəfə müharibə şəraitində olduqları Türkiyə ilə bir daha müharibəyə girmək istəməz. Buna görə də, rus jurnalistlər Putinlə Ərdoğanı barışdırmaq imkanlarından danışırlar. “Rosbalt”ın yazdığına görə, bu işi yalnız Azərbaycan lideri İlham Əliyev bacara bilər.

Çünki 2015-ci ildə Türkiyənin F-16 qırıcısı tərəfindən Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançı təyyarəsi vurularkən yaranmış böhranın həllində də onun böyük rolu olub. Məqalə müəllifi İrina Corbenalze hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bu yaxınlarda baş vermiş səfəri zamanı bu məsələnin müzakirə edildiyini iddia edir.istipress.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar