Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çindən gözlənilən açıqlama — Bu dəhşət necə başlayıb və hansı yolla öldürür?

Tarix: 01-03-2020 11:43     Baxış: 4315 A- / A+
Çindən gözlənilən açıqlama — Bu dəhşət necə başlayıb və hansı yolla öldürür?


Çinin "Journal of Forensic Medicine" jurnalı yeni növ koronavirusdan ilk olaraq ölən şəxsin patoloqoanatomik ekspertizasını açıqlayıb.


Manevr.az bildirir ki, araşdırmalara görə, virus bu xəstəliyə yoluxan şəxsin ağ ciyərlərini sıradan çıxardır. Alimlər digər orqanların zədələnməsini sübut edə bilməyiblər.

"Xarakterik iltihabi reaksiya nəfəs yollarının dərin hissələrinin və ağciyər arteriyasının alveolar şaxəsinin zədələnməsidir. Yeni tip koronavirusun yaratdığı pnevmoniya bu zədələnməyə gətirir", - sənəddə deyilir.

Virusdan ölən ilk şəxs 85 yaşlı kişi olub. O, beynin xeyli sayda infarkt keçirməsi nəticəsində xəstəxanaya gətirilib. Temperatur, öskürək və digər xarakterik simptomlar onun xəstəxanada olduğu 10-cu gün özünü göstərib. 13-cü gün onun koronavirusa yoluxduğu dəqiqləşib.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" - korona, "VI" - virus, "D" - xəstəlik (ingiliscə - disease), "19" - yaranma ili) adlanır./sputnik

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar