Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zorbalıqla qarşılaşdığı üçün ölmək istəyən 9 yaşlı uşağa bütün dünya dəstək oldu

Tarix: 23-02-2020 08:19     Baxış: 3218 A- / A+
Zorbalıqla qarşılaşdığı üçün ölmək istəyən 9 yaşlı uşağa bütün dünya dəstək oldu

Sosial mediada yayılan bir video izləyicilər tərəfindən böyük marağa səbəb olub.

Manevr.az musavat.com istinadən xəbər verir ki, "cücə sindromu"ndan əziyyət çəkən 9 yaşlı bir uşaq məktəbdə qarşılaşdığı zorakılığa görə göz yaşları içində ölmək istədiyini deyib.

Həmin anlar uşağın anası tərəfindən videolentə alınıb.

Yarraka Bayles adlı qadının oğlu fiziki inkişafına mane olacaq bir "cırtdan sindromu" ilə dünyaya gəlib.

İllər keçdikcə və uşaq məktəbə başlayanda uşağın xüsusi vəziyyəti məktəb yoldaşlarının kobudluq etməsinə səbəb olub.

Kobudluq səviyyəsi o qədər yüksək olub ki, 9 yaşlı uşaq həyatına son qoymaq istədiyini dilə gətirib.

Çəkilən görüntülərdə 9 yaşlı uşaq "'mənə ip ver, özümü asıb öldürmək istəyirəm. Sadəcə bıçağı ürəyimə batırmaq istəyirəm. Biri məni öldürsün" kimi ifadələr işlədib.

Qısa müddətdə sosial mediada yayılan bu videodan sonra balaca oğlan üçün dəstək mesajları gəlib. Sosial mediaya geniş təsir göstərən gənc oğlanın videosu, 14 milyon baxışdan sonra Twitter-də #WeStandWithQuaden (biz Quadenin yanındayıq) etiketi ilə də dəstək görüb.

Hollivud ulduzları Hugh Jackman və Mark Hamill kimi bir çox məşhurlar da Quaden üçün dəstək mesajları yazıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar