Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hüsnü Mübarəkin oğulları bəraət aldılar

Tarix: 22-02-2020 22:19     Baxış: 4187 A- / A+
Hüsnü Mübarəkin oğulları bəraət aldılar


Misirin Ağır Cinayətlər Məhkəməsi ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin oğulları Alaa və Qamala bəraət verib.

Manevr.az bildirir ki, onlar səhm bazarlarında manipulyasiya vasitəsilə qanunsuz qazanc əldə etməkdə ittiham olunurdu.
Portalın xəbərinə görə, qardaşlara qarşı Misirin Əl Vətən Bankının 493.628 milyon dollar dəyərində səhmlərinin qeyri-qanuni olaraq istiqraz bazarına çıxarılması ittihamı irəli sürülmüşdü.

Mübarək qardaşlarının vəkili Fərid əl-Dib ittihamların saxta olduğunu bəyan edərək bildirib ki, əsas məqsəd bu ailənin reputasiyasına zərər verməkdir. Onun sözlərinə görə, maliyyə bazarında onlarla birlikdə iştirak edən 34 səhmdar barəsində heç bir cinayət işi qaldırılmaması buna sübutdur. Vəkil əlavə edib ki, Mübarək qardaşları həmin dövrdə bankın direktorlar şurasında da təmsil olunmayıblar. O, Misir Mərkəzi Bankının da müttəhimlərin günahsız olması barədə bəyanatını xatırladıb.

Xatırladaq ki, qardaşlara qarşı ittiham 2012-ci ilin iyulunda, Hüsnü Mübarəkin hakimiyyətdən getməsi və həbs olunmasından sonra irəli sürülüb. Alaa və Qamal bir neçə ay müddətinə həbs olunublar. Lakin sonradan Misir məhkəməsi sabiq Prezidentin və ailə üzvlərinin əmlaklarının müsadirə olunması qərarını ləğv edib və onları azadlığa buraxıb.(AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar