Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərlə bağlı qorxunc açıqlama

Tarix: 20-02-2020 10:39     Baxış: 3170 A- / A+
İranda koronavirusdan ölənlərlə bağlı qorxunc açıqlama


Qum şəhərində koronavirusdan ölən iki iranlı çinlilərlə və ya Çində olan şəxslərlə əlaqədə olmayıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin İnfeksion xəstəliklərlə mübarizə komitəsinin üzvü Məsud Mərdani "RİA Novosti"yə bildirib.

Fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

Yoluxmanın necə baş verməsinin müəyyən olunmaması ekspertlər tərəfindən qorxunc hal kimi qiymətləndirilib.

İran Səhiyyə Nazirliyinin nümayəndəsi ölkənin digər ərazilərində yoluxma halları barədə informasiya almadığını vurğulayıb.

Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Qadir koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bəyan edib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu vurğulayıb.

IRIB xəbər yayıb ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslər təxirə salınıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar