Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident xalqı hökuməti devirməyə çağırıb

Tarix: 20-02-2020 08:50     Baxış: 3157 A- / A+
Prezident xalqı hökuməti devirməyə çağırıb

Albaniya prezidenti İlir Meta xalqı ölkədə hakim olan sol hökuməti devirməyə çağırıb.

Dövlət başçısı Sosialist partiyasının deputatlarını konstitusiyanı pozmaqda, habelə mütəşəkkil cinayətkarlıqla əlbir olmaqda ittiham edib.

Prezident İlir Meta keçirdiyi mətbuat konfransında insanların bu il mart ayının 2-də paytaxt Tiranaya axın edəcəyinə ümid bəslədiyini bildirib. Onun sözlərinə görə, həmin gün hökumət tərəfindən həyata keçirilmək istənilən hüquq islahatına qarşı ilk fərmanını imzalayacaq.

İlir Metanın bu çağırışı Albaniyanın Avropa Birliyinə üzv olmaq üçün cəhdlərin fonunda etməsi qəribə görünüb. Lakin prezidentin fikrincə, məhkəmə hakimlərinin və prokurorların müstəqilliyini təmin etməsi üçün həyata keçirilən, habelə rüşvətin kökünü kəsmək üçün 3 il öncə başladılan islahat siyasəti tam iflasa uğrayıb.

İlir Metanın hökumətlə münaşqişəsi ötən ildən bu yana qızışıb. 2019-cu ildə prezident bələdiyyə seçkilərinin sağ partiyalar tərəfindən boykot edilməsini əsas gətirərək onun qeyri-legitim olduğunu bildirmiş və nəticələrin ləğv olunmasını tələb etmişdi.

Albaniya hökuməti və baş nazir Edi Rama da əks-həmlə edərək prezident haqqında impiçment proseduruna başlayıb. Bununla bağlı qərarın mart ayında verilməsi gözlənilir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar