Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan alimləri ABŞ alimlərinin səhvini AŞKARLADILAR

Tarix: 19-02-2020 23:17     Baxış: 4282 A- / A+
Azərbaycan alimləri ABŞ alimlərinin səhvini AŞKARLADILAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu Yerin İlkin Etalon Modeli (YİEM) haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında çap olunub.

AMEA-dan verilən məlumata görə, məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetirib, qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, YİEM-in formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər.

Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.

Qeyd edək ki, Yerin İlkin Etalon Modeli 1981-ci ildə Amerika Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər sözügedən araşdırmalarına görə, 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bugünə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar