Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusu alimlər hazırlayıb? - İDDİA

Tarix: 17-02-2020 20:43     Baxış: 4258 A- / A+
Koronavirusu alimlər hazırlayıb?


Çində yerli qəzetlərdən biri 1775 nəfərin ölümünə səbəb olan yeni növ koronavirus epidemiyasının Vuhandakı laboratoriyaların birində alimlər tərəfindən hazırlandığını iddia edib.

Daha öncə epidemiyanın canlı heyvan bazarından yayıldığı açıqlansa da, əslində virusun bazara 280 metr məsafədə yerləşən Vuhan Xəstəlik Nəzarət Mərkəzində yaradıldığı haqda şayiələr yayılıb. Virusun sınaq zamanı nəzarətdən çıxdığı deyilir.

"Mərkəzdə canlı heyvanlar üzərində araşdırma aparılırdı. Bu heyvanlar arasında 605 ədəd yarasa da olub. Həmin yarasalar Xubey və Çjetszyan bölgələrindən tutulub", - deyə xəbərdə qeyd olunub.

Tan adlı mütəxəssisin sınaq zamanı yarasaların hücumuna məruz qaldığı iddia edilən məqalədə sonradan özünü 28 gün qarantin altına aldığı bildirilib.

Digər bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatından bir qrup nümayəndə Çinə səfər edib və epidemiya ilə bağlı araşdırmalara başlayıb.

Xəstəlik səbəbindən həmçinin Çin Parlamentinin yüksək vəzifəli şəxslərinin 24 fevralda keçirilməsi nəzərdə tutulan görüşünün də ertələnə biləcəyi açıqlanıb. Çinin Sinxua agentliyi iclasın mart ayına qədər təxirə salına biləcəyini qeyd edib./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar