Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yeltsin olmasaydı, respublikaların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı” - Mixail Qorbaçov

Tarix: 28-12-2016 17:58     Baxış: 5485 A- / A+
“Yeltsin olmasaydı, respublikaların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı”

“Əgər Rusiyanın və Boris Yeltsinin mövqeyi olmasaydı, digər respublikaların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı”.

Manevr.az bildirir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Sovet İttifaqının suqutunun 25 illiyi ilə bağlı “Rossiyskaya Qazeta”ya verdiyi müsahibəsində deyib.

M. Qorbaçovun sözlərinə görə, SSRİ-ni yeniləmək, islahat aparmaq zəruri və mümkün idi:

“Biz bu yolla gedirdik. Əgər bu prosesin bütün iştirakçıları məsuliyyətli olsaydılar, indi bizim həqiqətən suveren respublikalardan və güclü effektiv mərkəzdən ibarət dövlətimiz olacaqdı. Amma biz bunu edə bilmədik. Mən öz üzərimdən məsuliyyət yükünü atmıram. Lakin mənim vicdanım təmizdir. Mən siyasi yollarla sona qədər SSRİ-ni qorunub saxlanması üçün çalışdım”.

Sabiq prezident proseslərdə heç də hamının məsuliyyətli mövqe nümayiş etdirmədiyini bildirib: “Məgər hamı bu məsuliyyəti dərk edirdi? Əlbəttə yox. Rusiya hökumətinin o zamankı rəhbərliyinin roluna toxunmaya bilmərəm.

1990-cı ildə RSFSR-in dövlət suverenliyi haqqında Deklarasiyanın qəbulundan başlamış, 1991-ci il Belovejsk sazişinin təsdiq edilməsi haqqında Ali Sovetin qərarına qədər olan müddətdə bu hökumət bütünlüklə destkruktiv mövqe tutdu. Əgər Rusiyanın bu mövqeyi olmasaydı, digər respublikalardakı separatçıların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı”.

Qorbaçovun sözlərinə görə, hətta QKÇP -dən sonra respublikaların qəbul etdikləri suverenlik deklarasiyalarına baxmayaraq, onların əksəriyyəti ilə yeni konfederativ dövlət yaratmaqla bağlı razılığa gəlmək olardı: “Danışıqlar çətin idi, amma müqavilə artıq hazır idi. Burada da yeni zərbə vuruldu. Belovejsk sazişinə indi SSRİ-nin dağılmasının faciəli nəticələri barədə bar-bar bağıran kommunistlərin də daxil olduğu Rusiya Ali Sovetinin əksəriyyəti səs verdi”.

SSRİ-nin sabiq prezidenti o zamankı Rusiya prezidenti Boris Yeltsini “ikili oyun” oynamaqda ittiham edib:

“Telekameralar qarşısında o deyirdi ki, İttifaqın tərəfdarıdır, gizlində isə demontaj prosesinə rəhbərlik edirdi. Yeltsin ona verilmiş vədlərə aldandı. Guya digər respublikalardan azad olan kimi, Rusiya hamıdan tez inkişaf edəcək, islahatlar aparıb 1-2 ildən sonra firavan ölkəyə çevriləcək. Təəssüf ki, çoxları da onun arxasınca getdi. İnsanlar anlamırdılar ki, ölkələrini itirirlər. Heç kim İttifaqın müdafiəsinə qalxmadı”.

M. Qorbaçov SSRİ-ni güc tətbiq etməklə xilas etmək planını təhlükəli saydığını deyib. Onun sözlərinə görə, Belovejk sazişindən sonra Rusiya Ali Sovetinə, rəhbərliyə müraciət edərək bu faciəvi qərara səs verməməyə çağırsa da, ona qulaq asmayıblar. Bununla da inandırmaq üçün siyasi imkanlar bitib: “Güc tətbiq etmək olardımı? Son illərdə mənə bu sualı tez –tez verirlər. O vaxt olduğu kimi, indi də əminəm: Bunu etmək olmazdı. Problemlərlə, münaqişələrlə, silahla yüklənmiş ölkədə bu riskə getmək olmazdı. Bu müharibə demək idi”.

M. Qorbaçovun fikrincə, SSRİ-ni öz fikirlərində asanlıqla “dəfn” edənlər sonrakı hadisələri təsəvvür belə edə bilmirdilər: “Rusiyada çoxları guman edirdi ki, MDB “Qorbaçovsuz ittifaq” olacaq, postsovet məkanında Rusiya dominantlıq edəcək və digər respublikalar bununla razılaşacaqlar. İkinci illyuziya isə beləydi ki, Rusiyanın dünyada SSRİ qədər siyasi çəkisi olacaq. Amma bu obyektiv cəhətdən belə mümkün deyildi”.

Sabiq prezidentin sözlərinə görə, nəticədə bərabərhüquqlu əməkdaşlıq imkanları itirildi: “Qərbi, xüsusən ABŞ-ı “soyuq müharibədə qələbə” eyforiyası bürüdü. Amma bu da illyuziya idi. Bir ölkənin və ya ölkələr qrupunun hakim olduğu dünya qurmaq alınmadı. İndi bu, hamıya aydındır”.(Strateq.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar