Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Masanın üstündəki qələm Paşinyanı şoka saldı - ŞƏKİL

Tarix: 15-02-2020 09:49     Baxış: 4513 A- / A+
Masanın üstündəki qələm Paşinyanı şoka saldı - ŞƏKİL


Ermənistanın Baş Naziri Nikol Paşinyan Münhen konfransı çərçivəsində Moldova Prezidenti İqor Dodonla görüşü zamanı gözlənilməz vəziyyətlə üzləşib.

Manevr.az xəbər verir ki, Dodonla görüşdükdən sonra masa arxasında əyləşən Paşinyanın diqqətini stolun üstünə qoyulmuş "Korloff" markalı qələm çəkib. Qələmi əlinə alıb bir neçə saniyə təəccüblə ona baxan erməni Baş Nazir daha sonra onu yerinə qoyub.

Qeyd edək ki, Nikol Paşinyanla Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında "Korloff" qələminə görə böyük qalmaqal yaşanmışdı. Belə ki, eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Tovmasyanı vəzifəsindən kənarlaşdırmaq üçün ölkədə referendum keçirilməsinə belə qərar verilib. Paşinyan KM sədrinin ona xüsusi xidmətlərini təklif etdiyini bildirmiş və bu görüşün sübutu kimi Tovmasyanın ona verdiyi 500 avro dəyərindəki "Karloff" qələmini göstərmişdi.

Masanın üstündəki qələm Paşinyanı şoka saldı - ŞƏKİL


Hrayr Tovmasyan isə əvvəlcə bu iddiaları yalanlamış, sübut göstərə bilməsə, Paşinyanı məhkəməyə verəcəyini demişdi. Daha sonra isə Baş Nazir video-müraciət hazırlayaraq həmin qələmi nümayiş etdirmiş və "Şeytan detallarda gizlidir" demişdi. Paşinyanın bu "sübut"u isə təkcə Tovmasyan tərəfdarlarına deyil, digər seqmentlərdən olan təbəqəyə də gülməli gəlmişdi. Tovmasyan isə vəkillər komandasına Paşinyana qarşı məhkəmə iddiası hazırlamağı tapşırmışdı.

Masanın üstündəki qələm Paşinyanı şoka saldı - ŞƏKİL


Bununla belə, Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib. Referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına "Mənim addımım" fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar