Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ -ŞƏKİLLƏR

Tarix: 07-02-2020 08:59     Baxış: 4357 A- / A+
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ


Sevdiyi oğlana görə ABŞ-a gedən Olimpiya çempionu Vətəninə xəyanətkarlıqda ittiham olundu.

İdman yarışlarında doğulub boya-başa çatdığı ölkəni təmsil etmək istəsə də, ondan imtina edildi.

Qızıl medal və romantik sevgi həyatı



Manevr.az
bildirir ki, 1956-cı ildə Avstraliyada keçirilən Olimpiya oyunlarının qızıl medalçısı çexoslavakiyalı Olqa Fratkova iki həftə ərzində Melburnda amerikalı atlet Harold Konnoli ilə romantik bir həyat yaşayır. Sevgi həyatı yaşayan gənclər tanışlıqlarından bir il keçməmiş evlənirlər. Onların ailə həyatı qurmasında təkcə Praqa yox, "soyuq müharibə" dövrünü yaşayan bütün dünya xəbərdar oldu.

İlk tanışlığı barədə danışan Olqa deyir ki, biz dəhşətli dərəcədə bir-birimizə yaxın idik: "Bizim bu yaxınlığımız nəticədə sevgiyə çevrildi".

Çexiya Olqanın ABŞ vətəndaşı ilə ailə qurmağa razı deyildi...

İki gəncin sevgisinə baxmayaraq, onların hər biri dövrünə görə dünyanın əks qütblərini təmsil edirdilər. Çexoslavakiya sosialist, ABŞ isə kapitalizm düşərgəsini təmsil edən ölkələr idi. Təmsil etdikləri ölkələrin əks qütblərdə yer alması bu iki gəncin sərbəst ailə qurmasına maneçilik yaradırdı.

Tanışlıqlarından bir neçə ay sonra Harold Olqaya evlilik təklifi edən məktub ünvanlayır və Olqa buna razı olur.

1957-ci ildə Avropaya səfəri zamanı Harold Praqaya gəlir və orada toy edirlər.

Cütlük əvvəlcə toylarını heç kim xəbər tutmasın deyə çox məhdud çərçivədə etmək istəyirlər. Lakin vəziyyət elə alınır ki, cütlüyün toyu 30 min insanın şahidliyi ilə baş tutur.

Gizli toy necə 30 min insanın iştirak etdiyi şənliyə çevrildi?!

Toy Praqanın Staromestski meydanında baş tutur və toy şənliyində 30 min insan iştirak edir.

Nə qədər möhtəşəm olsa da, hər şey bundan sonra başlayır. Olqa Fiktovanın ABŞ vətəndaşı ilə nigaha girməsi üçün verdiyi ərizə bürokratik əngəlliklərlə üzləşir.

Necə deyərlər, əsl bürokratik dram başlanır. Müvafiq dövlət qurumları Olqanın müraciətinə çox ləng cavab verirlər. Bu hələ harasıdı. Bütün mərəhələlərdə Olqa Vətənə xəyanətdə ittiham olunur.

Sevgisinə görə, Vətənə xəyanətdə ittiham olundu.

Vəziyyət belə həddə çatanda Harold Olqaya təklif edir ki, gəl, prezidentə yazaq. Olqa isə buna razı olmur.
Lakin sonda cütlük ölkə başçısına ayrı-ayrılıqda Olqa və Horald iki məktub ünvanlamalı olurlar.

Prezidentə məktub


Ancaq Olqa vəziyyətin necə olacağını bilmirdi. Müraciətdən sonra ölkə başçısı Zapotoçki Olqanı görüşə dəvət edir. Prezident Zapotoçki Olqaya deyir ki, o istədiyi şəxsə ərə gedə bilməz. Ona görə ki, kimsə ona buna icazə vermir. Prezident ancaq bir neçə gündən sonra cütlüyün nigaha girməsinə xeyir-duasını verir.

Olqa səssiz-küysüz, məhdud çərçivədə toy gətirmək istəsə də, onların toy məsələsi qısa zamanda cəmiyyətdə böyük rezonansa səbəb olur. Toy səs-külyü keçir.

Cütlük nikahdan sonra Çexoslavakiya milli komandasında fəaliyyətlərini davam etdirmək şərti ilə ABŞ-a köçmək istəyirlər. Bununla bağlı Olimpiya komitəsinə rəsmi müraciət edirlər. ABŞ-da olarkən Olqa belə bir məktub alır. Çexoslavakiya onun məktubuna bir şərtlə razılıq verir. Ancaq Praqada məşq etmək. Bu isə o demək idi ki, ölkəsi ondan imtina edir.

Çexoslavakiya onun xidmətindən necə imtina etdi?!

Olqa onu da başa düşürdü ki, ABŞ vətəndaşı olarsa, idmandan kənar qalmayacaq. Çünki o Melbrunda Çexoslavakya bayrağı adı altında yarışaraq qızıl medal qazanıb. Bu onun uğuru idi. Məhz onun bu uğuru onun gələcək karyerasında da öz rolunu oynayır. Olqa ondan sonra daha 4 Olimpiadada iştirak edir. 1972-ci ildə Olqa komandasının ən məşhur siması olmasına baxmayaraq, ciddi uğurlu nəticələrə göstərə bilmir.

Olqanın ailə həyatında isə hər şey qaydasında gedirdi. Cütlüyün dörd övladı dünyaya gəlmişdi, ona görə də onlar Los-Anclesin qərbində Kalver-Siti şəhərinə köçməli olurlar. Övladları da idmanla məşğul olub.

1989-cu ildə Olqa belə bir etiraf etdi ki, artıq idmandan nəinki yorulub, hətta bezib. "Harold çəkiclə ailəli olub"- Olqa qeyd edib. Harold Konnil isə ailəlikdən sonra Olimpiadalarda doqquz dünya rekordu təzələyib.

Sevgi və ayrılıq...


Xoşbəxt cütlüyün ailəlik həyatı 16 il sürür.
Cütlüyün evlilik həyatı əbədi olmur. Olqa ilə Harolda 1976-cı ildə ayrılırlar. 16 il ailəlik həyatı yaşayan Olqa evlilik dövrünü belə xatırlayır: " Deyə bilmərəm ki, aramızdakı münasibətlər həqiqi sevgi idi, ya yox. Buna əmin deyiləm. Acncaq bir-birimizə qarşılıqlı hörmətimiz var idi".

Xoşbəxtlik uğrunda mübarizə və....


Dünyada arzularının yaxşı formada realalşdırmaq üçün qarşılaşan gənc qız öz xoşbəxtliyi üçün mücadilə aparıb ki, hər şey romantik olsun. "Nə zaman kimsəni həqiqətən sevirsən, deməli sən onun bir parçası olursan. Biz isə iki bütöv idik", - Olqa Fikotova qeyd edib.

Olqadan ayrılan Harold üçqat Olimpiada çempionu Pet Denielslə ailə həyatı qurur. Ayrılmasına baxmayaraq Harold Olqa ilə təmsalarını kəsmir. Arada bir onlar zəngləşirlər. Bu zaman isə onlar yüngül atlektikanı müzakirə ediblər. Harold Pet ömrünün sonuna 2010-cu ilə kimi bir yerdə yaşayırlar.
İdmandan hüquq müdafiəçiliyinə gedən yol...

Olqa isə ayrıldıqdan sonra ailə həyatı qurmur. Boşandıqdan sonra qadın hüquqları və ətraf mühitin çirklənməsinə qarşı mübarizə ilə məşğul olur.
87 yaşlı Olqa 2017-ci ilə Kaliforniyada yaşayan Nevada ştatına köçür. O hazırda yerli klubların birində fitnes-məsləhətçi işləyir. (ölkə.az)

Manevr.az


Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ
Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən olimpiya çempionunun ACI HƏYAT HEKAYƏSİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar