Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - Şəkil

Tarix: 01-02-2020 09:46     Baxış: 2222 A- / A+
Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - Şəkil

ABŞ-da prezident Donald Trampın Floridadakı malikanəsinin olduğu qapalı zonaya avtomobilin qanunsuz girişi ilə əlaqədar opera müğənnisi həbs edilib.

Manevr.az xəbər verir ki, bu barədə yerli “The Palm Beach Post” qəzeti bildirib.

Məlumata görə, şübhəli şəxs Xanna Remxilddir. O, müğənnidir və Konnektikut ştatında yaşayır. Müğənni Floridaya çıxış üçün gedib. Xanna Remxildə qarşı terrorizmlə bağlı ittihamların irəli sürüləcəyi gözlənilir.

Dövlət başçısının mühafizəsinə cavabdeh olan yerli polisin və ABŞ-ın Məxfi Xidmətinin nümayəndələri mətbuat konfransında bildiriblər ki, Remxild öz avtomobilinin damında rəqs etməsi və özünü qeyri-adi aparması ilə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Asayiş keşikçiləri onunla danışmağa səy göstərəndə qadın avtomobilinin qapısını bağlayıb və getməyə çalışıb.

Onu təqib edən polisdən gizlənən qadın Mar-a-Laqoda iki nəzarət buraxılış məntəqəsindən yüksək sürətdə keçib. Qadın sonra yol kənarındakı mehmanxanaya gedib və orada saxlanılıb.

ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları və polislər Remxildin maşınına atəş açıblar. Lakin hadisə zamanı heç kim xəsarət almayıb. İnsident zamanı avtomobildə daha bir qadın da olub. Lakin polis onu həbs etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, Remxild Trampın malikanəsinə yaxın olduğunu bilməyib. Hadisə ABŞ lideri Mar-a-Laqoda olmayan vaxt baş verib. Tramp cümə günü axşam saatlarında malikanəyə gəlib.report

Manevr.az
Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - Şəkil
Trampın malikanəsinə girən opera müğənnisi həbs edildi - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar