Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Limanı son 28 ilin rekordunu vurdu

Tarix: 27-01-2020 12:24     Baxış: 3199 A- / A+
Bakı Limanı son 28 ilin rekordunu vurdu


2019-cu il ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4061.6 min ton olub. Ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444.2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb.

Manevr.az-ın məlumatına əsasən , 2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb.
Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində keçən illə müqayisədə 53,6% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111% artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olmuşdur).

Qeyd olunan dövr ərzində, “TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprel ayından konteyner daşıyan 2 ədəd, “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.

TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb. Bunlardan 24 970 ədədi (74,2%) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyinin artımı ilə bağlıdır.

2019-cu ildə Bərə terminalında vaqon aşırılması 2018-ci ilə nisbətən 2,7% artaraq 44 175 ədədə çatıb (keçən il bu say 42 999 ədəd olub). Bunlardan 20 331 vaqon (46,0%) Bakı-Kurık-Bakı istiqamətində, 23 802 (53.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.\trend.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar