Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Putin heç bir formada hakimiyyətdə olmayacaq"

Tarix: 25-01-2020 19:45     Baxış: 4206 A- / A+
"Putin heç bir formada hakimiyyətdə olmayacaq"

Bunu Rusiya prezidentinin keçmiş müşaviri, SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsinin protokol xidmətinin rəhbəri Bakıda keçirilən "Bakı-Moskva - mədəniyyətlər dialoqu" konfransının iştirakçısı Vladimir Şevçenko deyib.

“Putin hakimiyyəti keyfiyyətcə yeni iş mexanizminə keçirmək üçün hökumətin tərkibini dəyişdirdi. Baş nazir Mişustin rəqəmsal texnologiya sahəsində bacarıqlı və yüksək təcrübəyə malik yeni nəslin nümayəndəsidir”, - V. Şevçenko əlavə edib.

Keçmiş müşavir bildirib ki, hələlik Rusiya Federasiyasının Dövlət Şurasında islahatlar aparılandan sonra bu strukturun necə olacağını demək çətindir. Lakin o, bəzi rus siyasətçilərinin Putinin prezident səlahiyyətlərindən daha böyük səlahiyyətlərə malik olmaqla Dövlət Şurasının sədri vəzifəsini tutacağı barədə versiyasını qəti şəkildə rədd edib.
"Putin heç bir formada hakimiyyətdə olmayacaq"

“Qazaxıstandakı hakimiyyət transformasiyası modeli işə yaramır. Nursultan Nazarbayevlə prezident Kasım-Jomart Tokayev arasındakı ziddiyyətlər artıq hər kəsə bəllidir. Üstəlik, bu model Rusiya üçün uyğun ola bilməz”, - siyasətçi qeyd edib.

Bununla yanaşı Şevçenko əmindir ki, Rusiyanın dövlət sistemində aparılan islahatlar nəticəsində ölkənin xarici siyasətində heç bir əsaslı dəyişiklik gözlənilmir. Hər halda, Rusiya hakimiyyətinin hazırkı siyasəti Ukrayna və Yaxın Şərqə münasibətdə heç bir dəyişiklik vəd etmir.

“Rusiya SSRİ-nin varisi olaraq, Sovetlər İttifaqının digər dövlətlərlə münasibətlərində yaşadığı problemlərə görə onsuz da üzr istəməkdən bezdi. 1990-cı illərin əvvəllərində Sovet respublikaları asanlıqla dağıldı. Ancaq bu kimi hallarda olduğu kimi, keçmiş Sovet respublikalarının yeni elitaları Moskvaya qarşı yeni iddialar irəli sürməyə başladı. Bu, Ukraynaya və digər ölkələrə də aiddir. Bu fonda Azərbaycan müstəqillik imkanlarının ölkənin inkişafına savadlı və effektiv konvertasiyasının gözəl bir nümunəsidir. Sovet dövründə komsomol işçisi olaraq Azərbaycanın bütün bölgələrini gəzdim, ona görə də əvvəl vəziyyətin necə olduğunu, indi necə olduğunu müqayisə edə bilərəm. Azərbaycan iqtisadi və mədəni inkişafda əla nəticələr əldə edib. Bakı görün necə də gözəl şəhərə çevrildi!”, - Şevçenko qeyd edib.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar