Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zooparkdan paylaşılan ŞƏKİLLƏR hamını heyrətə gətirdi

Tarix: 22-01-2020 16:59     Baxış: 4214 A- / A+
Zooparkdan paylaşılan ŞƏKİLLƏR hamını heyrətə gətirdi


Sudanın Xartum şəhərində fəaliyyət göstərən Al-Qureshi heyvanat zooparkından paylaşılan fotoşəkillər insanı heyrətləndirir. Zooparkda saxlanılan aslanlar o qədər ac qalıblar ki, heyvanlar sözün həqiqi mənasında bir dəri, bir sümük vəziyyətinə düşüblər.

Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, zooparkda bütün heyvanlar aclıq çəkir. Zoopark rəhbərliyi bunu ölkəni bürümüş iqtisadi böhranla əlaqələndirib. Ən acınacaqlı vəziyyətdə isə aslanlardır. Həkimlərin dediyinə görə, heyvanlar çəkilərinin üçdə ikisini itiriblr.

Onların dərisi altından sümüklərini rahatlıqla sezmək olur. Hətta aslanlardan birinin ağzına damcı yolu ilə qida ötürülür. Artıq aclıq çəkən heyvanlardan bir neçəsi ölüb. Zoopark əməkdaşları yerdə qalan heyvanlara öz vəsaitləri hesabına yemək alırlar.

Bu xəbər ekoloqların həyəcanına səbəb olub. Bildirilib ki, 1993-2014-cü illərdə Afrika aslanlarının sayı 43 faiz azalıb, Yer üzündə onların cəmi 20 min nümayəndəsi qalmaqdadır. Hazırda Al-Qureshi zooparkı sağ qalmış vəhşilərin xilas olması üçün onlara yeni ev sahibləri axtarmaqdadır.

Zooparkdan paylaşılan ŞƏKİLLƏR hamını heyrətə gətirdi
Zooparkdan paylaşılan ŞƏKİLLƏR hamını heyrətə gətirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar