Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağ Evdə xaricilərə rüşvət verməyi qadağan edən qanuna yenidən baxılacaq

Tarix: 19-01-2020 06:34     Baxış: 3140 A- / A+
Ağ Evdə xaricilərə rüşvət verməyi qadağan edən qanuna yenidən baxılacaq

ABŞ Prezidenti Donald Trampın administrasiyası şirkətlərə xarici məmurlara rüşvət verməyi qadağan edən qanuna (FCPA, xaricdə rüşvət praktikası haqqında qanun) dəyişiklik etməyi nəzərdən keçirir.

“Bloomberg”in məlumatına görə, bu barədə ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou bildirib.

“Dəqiq məlumat verə bilmərəm, lakin biz bu qanun layihəsinə dəyişiklik edilməsini nəzərdən keçiririk”, - deyə Kudlou jurnalistlərə bildirib və əlavə edib ki, Ağ Evə artıq bu məsələ ilə bağlı bir neçə şirkətdən müraciət daxil olub.

“Bloomberg” bildirir ki, cari qanunun dəyişdirilməsinin əsas tərəfdarı Prezident Donald Trampdır. O, hələ 2017-ci ildə sabiq Dövlət katibi Reks Tillersonla bu məsələ ilə bağlı mübahisə edib.

“Öz biznesini xaricdə yeritmək üçün amerikalı iş adamlarına rüşvət verməyin qadağan olunması ədalətsizdir”, - agentlik Trampın sözlərini sitat gətirir.

Amerikalı iş adamlarına xarici məmurlara rüşvət verməyi qadağan edən qanun arda-arda baş verən qalmaqallardan sonra 1977-ci ildə qəbul edilib.

FCPA-nın pozulmasına görə müxtəlif illərdə “Walmart”, “Halliburton”, “JPMorgan”, “Hewlett-Packard” və digər tanınmış şirkətlər cərimələniblər. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar