Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Robotlar kosmosda "hotel"də qalacaq

Tarix: 09-12-2019 23:08     Baxış: 5203 A- / A+
Robotlar kosmosda "hotel"də qalacaq


ABŞ Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyanın kənar səthində avtomatik cihazların saxlanılması üçün nəzərdə tutulan “RiTS” (Robotic Tool Stowage) adlı “hotel” quraşdıracaq. Bu barədə agentliyin saytında deyilir.

“İctnews” xəbər verir ki, saxlanc yerində astronavtlar tərəfindən mütəmadi istifadə edilməyən avadanlıq saxlanılacaq. “NASA” nümayəndələrinin sözlərinə görə, bu, stansiya daxilində yer boşaltmağa imkan verəcək.

“Blokun istilikqoruyucu sistemi aparatların optimal temperatur şəraitində saxlanılmasını təmin edəcək. Bundan başqa, “RiTS” onları radiasiya və mikrometeoritlərdən qoruyacaq”, – layihə rəhbəri Mark Nyumen bildirib.
Məlumata görə, “RiTS” stansiyaya dekabrın 7-də “SpaceX” şirkətinin “Dragon” yük gəmisi tərəfindən çatdırılıb. Raket Kanaveral kosmodromundan dekabrın 4-də start götürüb. Onun göyərtəsində Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 3 ton müxtəlif yük, o cümlədən elmi eksperimentlərin aparılması üçün materiallar mövcuddur.

“RiTS” saxlanc yerinə ilkin olaraq iki “RELL” (Robotic External Leak Locator) cihazı yerləşdiriləcək. Bu aparat vasitəsilə stansiyada müxtəlif qurğuların soyutma sistemində, o cümlədən astronavtların həyat təminatı sistemində ammiak sızması mənbəyini aşkarlamaq mümkün olacaq.

“NASA” nümayəndələrinin sözlərinə görə, astronavtlar tərəfindən “RELL” cihazından istifadə üçün zərurət yaranacağı təqdirdə avadanlığın Beynəlxalq Kosmik Stansiyaya qaytarılması üçün onlardan açıq kosmosa çıxmaq tələb olunmayacaq. Çünki bu vəzifənin öhdəsindən “Dextre” manipulyatorunun “əli” gələcək.

Qeyd edək ki, hazırda Beynəlxalq Kosmik Stansiyada Rusiya və ABŞ kosmonavtları Aleksandr Skvorsov, Oleq Skripoçka, Endryu Morqan, Kristina Kuk və Cessika Meir, eləcə də Avropa Kosmik Agentliyinin nümayəndəsi italiyalı astronavt Luka Parmitano çalışırlar.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar