Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən erməni kanalına sərt reaksiya: İrəvan türk yurdudur

Tarix: 09-12-2019 17:58     Baxış: 5136 A- / A+
Türkiyədən erməni kanalına sərt reaksiya: İrəvan türk yurdudur


Ermənistanda fəaliyyət göstərən “Western Armenian TV” telekanalının İğdır şəhərini “Qərbi Ermənistan” şəhəri kimi təqdim etməsi Türkiyədə narazılığa səbəb olub.

“Hürriyət” qəzetinin verdiyi xəbərə görə, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri sədrinin müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, İğdır türk şəhəridir və onun “Qərbi Ermənistan”a aid olması mümkün deyil.

“Türk düşməni olan ermənilər hər fürsətdə göstərirlər ki, onların gözü illərdir türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan şəhəri də türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır”, - deyə S. Ünsal vurğulayıb.

Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey qeyd edib ki, İğdırla bərabər, Şərqi və Cənub-Şərqi Anadoluda yerləşən 20-yə yaxın şəhəri də “Qərbi Ermənistan” kimi göstərən telekanalın yayımına icazə verən Ermənistan dövləti açıq şəkildə Türkiyə torpaqlarına ərazi iddiasını ortaya qoyub.

O bildirib ki, Avropada yaşayan, 1915-ci ildə Osmanlı imperiyası dövründə deportasiya edilən erməni ailələrinin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən dəstəklənir.apa

G. Gülbey vurğulayıb ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Ermənistana nota verməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar