Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır

Tarix: 04-12-2019 19:51     Baxış: 31 230 A- / A+
Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır

Rusiya müxalifətinin lideri Aleksey Navalnının korrupsiya ilə mübarizə fondunun araşdırması çox maraqlı məsələləri ortaya çıxarır.

Məsələn, məlum olub ki, azərbaycanlı jurnalist Nailə Əsgərzadə VTB-nin rəhbəri Andrey Kostinə məxsus olduğu ehtimal edilən biznes-cetdə gəzir.

Manevr.az xəbər verir ki, Əsgərzadənin adı daha bir araşdırmada keçir. Navalnı Rusiya baş naziri Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevanın eyni xətt üzrə rəsmiləşdirilən şəxsi təyyarədən istifadə etdiyini bildirib. “Bombardier Global Express 5000” biznes-cetinin azı 50 milyon dollar qiyməti var.

Müxalifət lideri çox sadə mexanizmlə həqiqəti ortaya çıxarıb. Navalnı müəyyənləşdirib ki, Svetlana Medvedevanın getdiyi yerlərə cet də yola düşüb. Beləcə, Orenburq, Ufa, Kemerovo, Sankt-Peterburq, İsrail, Kipr səfərləri üzə çıxıb.

Dmitri Medvedev ayda 800 min rubl (təxminən 12 min dollar) maaş alır. Navalnı bu məvaciblə ceti hətta icarəyə götürməyin mümkünsüzlüyünü qeyd edir. Birincisi, Svetlana heç bir yerdə işləmir. İkincisi, ərinin aylıq maaşı ceti heç 2 saatlıq icarəyə götürməyə də çatmır. İcarənin 1 saatı 7-10 min dollardır.

Həm Əsgərzadənin, həm də Medvedevanın istifadə etdiyi şəxsi təyyarələr eyni ofşor şirkətinin adına rəsmiləşdirilib.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar