Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk Birliyi liderlərindən birinin qızının Sərkisyan sevgisi... (ŞƏRH)

Tarix: 19-11-2019 16:42     Baxış: 3257 A- / A+
Türk Birliyi liderlərindən birinin qızının Sərkisyan sevgisi... (ŞƏRH)

"Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Azərbaycanla əlaqələrin inkişaf etdirməsinə və türk dünyasının liderlərindən biri olmasına baxmayaraq, qızı Dariqa Nazarbayevanın İrəvana səfər etməsi bir çox suallar yaradır".

Manevr.az xəbər verir ki, bu sözləri qaynarinfo-ya politoloq Elxan Şahinoğlu Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanın noyabrın 16-da İrəvanda Ermənistan pezidenti Armen Sərkisyan ilə görüşünə münasibətində bildirib.
Türk Birliyi liderlərindən birinin qızının Sərkisyan sevgisi... (ŞƏRH)

Siyasi ekspert Dariqa Nazarbayevanın atası Nursultan Nazarbayev kimi türk dünyası ideallarını ön plana çəkməməsini və bu addımı belə şərh edib:

"Nəzərə almaq lazımdır ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və orada Ermənistan da var. Bu iki ölkə faktiki olaraq həmin blokda strateji tərəfdaş sayılırlar. Dariqa Nazarbayeva da Senatın sədridir və Senat rəhbəri olaraq İrəvana səfər edib. Biz "Niyə səfər etmisən?" deyə tələb edə bilmərik axı. Ancaq əgər türk birliyinin inkişafı və Azərbaycanın ərazi bütövlüyü ön plandadırsa, bu səfər edilməməlidi idi və yaxud da o, əvvəlcə Bakıya gəlməliydi. Bu məqamlar bizdə suallar yaradır. Ancaq bütün hallarda qardaş dövlətin daxili işlərinə qarışa bilmərik, o, onların biləcəyi siyasətdir. Sadəcə onu da anlamalıyıq ki, əslində türk birliyi və türkdilli dövlətlərin hamısı bir-biriylə yaxın olmalıykən, təəssüf ki, reallıq fərqlidir".

Qeyd edək ki, Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə Ermənistan pezidenti Armen Sərkisyan arasında dostluq əlaqələrinin olduğu, Sərkisyanın Dariqanın fəaliyyətində böyük rolu olduğu haqda məlumatlar xarici mətbuatda tez-tez yer alır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar