Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı

Tarix: 11-11-2019 17:50     Baxış: 4158 A- / A+
Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı


Amerikanın "Voyacer-2" planetlərarası aparatının Yer kürəsinə ulduzlararası fəzadan göndərdiyi məlumatları alimlər araşdırıblar.

Manevr.az sputnik-ə istinadən bildirir ki, bu barədə Amerika Aerokosmik Agentliyinin (NASA) saytında bir neçə məqalə dərc olunub.

Aparatın heliosferdən keçərkən mütəxəssislərə göndərdiyi məlumatlar barədə Nature Astronomy jurnalı bəhs edir. Məlumatlar iki ədəd plazmanın öyrənilməsi üçün, iki ədəd enerji hissəciklərinin aşkar edilməsi üçün və bir ədəd maqnit sahəsi sensoru olmaqla ümumilikdə 5 qurğudan əldə edilib. Alimlər deyirlər ki, bu məlumatlar Günəşin yaratdığı mühitin "sahil xətti"nin təsvirini qurmağa kömək edəcək.

​Eyni zamanda, "Voyacer"dən alınan məlumat lokal ulduzlararası fəzadakı plazmanın heliosferin içindəki plazmadan daha sıx, eləcə də temperaturunun daha aşağı olduğunu təsdiqləyib. Bəlli olub ki, ulduzlar arasındakı fəzada da kosmik şüalar, başqa sözlə desək, partlayan ulduzlardan güclü təkan alan hissəciklər var. NASA-nın mütəxəssisləri bildirirlər ki, heliosfer Yer kürəsini bu cür şüaların 70%-nin təsirindən qoruyur.

Kosmik zondun göndərdiyi məlumatlar heliosferin hüdudlarını müəyyənləşdirməyə kömək edir. Bu sərhəd bizim ulduzumuzun aktivliyindən asılıdır.

​​"Voyacer-2" Günəş sistemini 2018-ci ilin dekabrında tərk edib. Hazırda o, planetimizdən 18 milyard km aralıda yerləşir. "Voyacer-2" Günəş sisteminin 4 nəhəng planetinin yanından keçən ilk aparatdır. O, Yupiterin 3, Saturnun 4, Uranın 11, Neptunun 6 yeni peykini aşkarlamağa kömək edib. Son iki planetin yaxınlığından isə "Voyacer-2"dək hələ heç bir kosmik aparat keçməyib.

"Voyacer-2" NASA tərəfindən 1977-ci il avqustun 20-də Günəş sisteminin uzaq planetlərinin öyrənilməsi məqsədilə kosmosa buraxılıb. Onun ulduzlararası fəzaya çatması üçün 40 il vaxt gərək olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar