Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyada ilk: robot insan beynini əməliyyat etdi - VİDEO

Tarix: 07-11-2019 21:59     Baxış: 4154 A- / A+
Dünyada ilk: robot insan beynini əməliyyat etdi - VİDEO

Tibb sahəsində robotlar birinci il deyil ki, istifadə olunurlar. Lakin buna baxmayaraq onların növləri və funksiyaları günü-gündən artmaqda davam edir. Hələ bir neçə müddət bundan öncə robot vasitəsilə bir pasientin ürəyində uzaq məsafədən əməliyyat reallaşdırılmışdı. İndi isə həkimlər robot vasitəsilə bir pasientin beynində əməliyyat reallaşdırıblar. Beyin əməliyyatı isə daha yüksək dəqiqliyi tələb edir.

Manevr.az-ın "technote"a istinadla xəbər verir ki, pasientin beynindən anevrizmin aradan qaldırılması üzrə əməliyyat Kanadada cərrah Vitor Mendes Pereira tərəfindən keçirilib. O, əməliyyat zamanı CorPath GRX adlı ikinci nəsil robotlaşdırılmış əldən istifadə edib. Bu robotlaşdırılmış əl millimetr dəqiqliklə çalışmaq özəlliyinə sahibdir və həmin robotu sensorlu panel və ya joystick ilə idarə etmək mümkündür.

Əməliyyat zamanı robotun barmaqlarında olmuş alətləri isə əməliyyat stolunun yanında yerləşmiş real insanlar dəyişblər. Baxmayaraq ki, robot xüsusi naqil vasitəsilə operator pultuna qoşulmuşdu, mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu cür əməliyyatları uzaq məsafədən də reallaşdırmaq mümkün olacaq. Pasient üzərində əməliyyaıtı reallaşdırmaqdan öncə Vitor Mendes Pereira ilk öncə pasientin beyninin strukturunu dəqiq şəkildə kopyalamış 3D modeldə məşqlərdən keçib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar