Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Həyəcan təbili: Bu regionda temperatur normadan yüksəkdir

Tarix: 29-10-2019 22:58     Baxış: 2126 A- / A+
Həyəcan təbili: Bu regionda temperatur normadan yüksəkdir


Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri Uzaq Şərqdə havanın temperaturunun normadan 13 faiz yüksək olduğunu bildiriblər.

Azərtac xəbər verir ki, Hidrometeorologiya Mərkəzinin məlumatında deyilir: “Yüksək siklonik fəallıq Uzaq Şərqin kontinental regionlarında böyük müsbət temperatur anomaliyalarının formalaşmasına gətirib çıxarıb. Havanın temperaturunun ən böyük anomaliyaları Maqadan vilayətinin kontinental hissəsində, habelə Yakutiyada müşahidə olunur”.

Məsələn, son üç gündə Maqadanda havanın temperaturu 0 – müsbət 5 dərəcə səviyyəsindədir ki, bu da normadan səkkiz dərəcə yüksəkdir. Burada Oxot dənizinin akvatoriyasına daxil olmuş cənub siklonunun təsiri hiss olunur.

Məlumatda daha sonra deyilir:

“Oktyabrın ortalarından etibarən Yakutiyanın qərbində də havanın temperaturu normadan yüksək olaraq qalmaqdadır. Temperatur fonu Selsi ilə mənfi 16 – mənfi 11 dərəcə təşkil edir, halbuki oktyabrın sonu üçün norma mənfi 24 dərəcədir. Beləliklə, bəzi regionlarda temperatur anomaliyaları 13 dərəcəyə çatır. Hətta Şimal yarımdairəsinin soyuq qütbündə - Oymyakon qəsəbəsində oktyabrın 28-də orta gündəlik temperatur mənfi 14,5 dərəcə təşkil edib, halbuki norma mənfi 23,2 dərəcədir. Yakutiyanın cənubunda da eyni vəziyyət müşahidə olunur. Proqnozlara görə, həftəsonuna qədər bu regionlarda temperatur fonu əvvəlki kimi normadan xeyli yüksək olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar