Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR

Tarix: 29-10-2019 18:18     Baxış: 4531 A- / A+
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR


Qazaxıstandan ölkəmizə köç edən və Lənkəranda qarğaların yaraladığı dovdaq quşu xilas olunub. Dünyada nadir quşlardan hesab olunan və adı "Qırmızı kitab"a düşən dovdaq quşunun ayaqlarında qeydiyyat nişanı da var. Xilas olunan quş Qızılağac Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilib.

Manevr.az xəbər verir ki, nadir quşu Lənkəran şəhər sakini Elvin Quluzadə xilas edib. Onun sözlərinə görə, axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-yə yaxın qarğanın bir quşu qovduğunu görüb. Həmin quş qarğalara heç bir müqavimət göstərmədən qanadlarından və boğazından yaralanaraq yerə düşüb. Qarğalar yerdə də dovdaq quşunu dimdikləyərək onu hücum ediblər. Vəziyyəti belə görən Elvin quşun düşdüyü əraziyə gedərək, onu xilas edib.

Elvin Quluzadə quşun ayağında möhürlənmiş nişanı gördükdə, aidiyyəti qurumlara məlumat verib və Qızılağac Dövlət Qoruğunun əməkdaşları quşu ondan təhvil alıblar. Quşa baxış keçirdikdən sonra məlum olub ki, o, adı dünyanın, o cümlədən də Azərbaycanın "Qırmızı kitab"ına düşmüş nadir quşlardan hesab edilən dovdaq quşudur.

Qeyd edək ki, dovdaq quşu qışlama üçün su hövzələrinə köç edir. Nəsli tükənməkdə olan dovdaq quşlarının əsas məskəni Qazaxıstan sayılır.(AZƏRTAC)

Manevr.az

Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR
Bu quş Qazaxıstandan Lənkərana uçdu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar