Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü barədə bəyanat yaydı

Tarix: 29-10-2019 08:25     Baxış: 3177 A- / A+
Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü barədə məlumat yayıb.
Rusiya XİN Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü barədə bəyanat yaydı

Manevr.az xəbər verir ki, məlumatda Bakıda keçirilən Zirvə görüşündə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərlik etdiyi bildirilib.

“Zirvə görüşündə beynəlxalq gündəmdə olan aktural məsələlər diqqət mərkəzində olub. BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinin və daxili işlərə qarışmamaq, güc tətbiq etməmək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn əsas normalarına riayət olunmasının vacibliyi vurğulanıb. Qoşulmama Hərəkatının potensialının gücləndirilməsinə, dövrümüzün çağırış və təhdidlərinə kollektiv cavab axtarmağın vacibliyinə xüsusi diqqət yetirilib. Müzakirələrin yekunu olaraq Qoşulmama Hərəkatının Bakı deklarasiyası qəbul olunub. Deklarasiyada Hərəkatın qarşıdakı üç ildə prioritet fəaliyyət istiqamətləri müəyyən olunub. Bundan başqa, Fələstinlə bağlı, eləcə də Boliviyadakı prezident seçkiləri- E.Moralesə dəstəklə bağlı birgə deklarasiyalar qəbul olunub.

S.Verşinin öz çıxışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa və dünya siyasətinin beynəlxalq hüquqi əsasının möhkəmləndirilməsinə Rusiyanın yanaşmasını açıqlayıb.

Forum çərçivəsində S. Verşinin bir sıra ikitərəfli görüşlər də keçirib”-deyə Rusiya XİN-in məlumatında qeyd olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar