Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polşada erməni təxribatına qarşı - Etiraz

Tarix: 28-10-2019 20:45     Baxış: 3153 A- / A+
Polşada erməni təxribatına qarşı - Etiraz
Polşada növbəti erməni təxribatının qarşısının alınması üçün etiraz aksiyası keçirilib.

Manevr.az xəbər verir ki, Polşada yaşayan ermənilər Ermənistanın qondarma tarixindən bəhs edən "Kraj wojny Marzeń" adlı filmi “Kino Kultura” adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırmışdırlar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanı nüfuzdan salmağa hesablanmışdı. Lakin Polşadakı həmyerlilərimiz bu çirkin arzunun həyata keçməsinə imkan verməyiblər.

“Polşa Azərbaycanlıları Birliyi” tərəfindən əvvəlcə həmin kinoteatra rəsmi şəkildə şikayət olunub, həmyerlilərimizin narazılığı bildirilib. Daha sonra kinoteatrın qarşısında mitinq təşkil olunub. Kinoteatrın rəhbərliyi geriyə heç bir addım atmadığı üçün Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən etiraz mitinqi təşkil olunub. Əlliyə yaxın soydaşımızın etiraz etdiyi aksiyada filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda, şəhər sakinlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məlumat xarakterli broşürlər paylanılıb.

Aksiyanın təşkilatçısı “Polşa Azərbaycanlıları Birliyi”nin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda, kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə keçirilən aksiya film bitənə qədər davam edib.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar