Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Telefonunun batareyası bitən qız cərimələnib

Tarix: 15-10-2019 23:29     Baxış: 3116 A- / A+
Telefonunun batareyası bitən qız cərimələnib

İngiltərənin paytaxtı Londonda avtobus sərnişini gediş haqqını ödədiyini sübut edə bilmədiyi üçün cəzalandırılıb.

“The Mirror”un məlumatına görə, o, “Apple Pay” sistemindən istifadə edib, amma gözlənilməz problem yaşanıb. Bloger Jemima Kelli mobil telefonunda olan sistemlə onun batareyası bitmədən bir neçə saniyə əvvəl şəhər avtobusuna ödəniş edib. Beş dəqiqədən sonra konduktor ona yaxınlaşdıqda gənc qız ödəniş qəbzini göstərə bilməyib.

Baş verən hadisə gənc qızın yadından çıxsa da, iki ay sonra London Nəqliyyat Korporasiyasından ona məktub göndərilib. Məktubda günahını etiraf etmək və ya təkzib vermək üçün son 21 gününün qaldığı bildirilib. Kelli hesabından bilet üçün vəsait çıxılmasını təsdiqləyən bank qəbzi göndərsə də, Nəqliyyat Korporasiyasının vəkilləri bunu sübut olaraq qəbul etməyib.

Nəticədə məhkəmənin qərarı ilə ingilis qadına 476,5 funt (1000 manat) cərimə tətbiq edilib. Qızın zərəri bununla da bitməyib. Vaxtında ödənilməmiş cəriməsi olduğundan ABŞ səfirliyi ona viza verməkdən imtina edib. Nəticədə bloger əvvəlcədən ABŞ-a 1000 funta (2000 manat) aldığı təyyarə biletinə görə də əlavə itki yaşayıb.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar