Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni jurnalistlərinin Gürcüstana girişinə icazə verilməyib

Tarix: 12-10-2019 22:48     Baxış: 3141 A- / A+
Erməni jurnalistlərinin Gürcüstana girişinə icazə verilməyib

Ermənistandan olan 3 jurnalist – Yuri Manvelyan, Tiqran Xaçatryan və Tiqran Akopyanın Gürcüstana girişinə icazə verilməyib.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. Bildirilib ki, oktyabrın 11-də Ermənistan-Gürcüstan sərhədinin Bavra-Ninotsminda gömrük-keçid məntəqəsinə gələn 3 erməni jurnalist Gürcüstan sərhədçiləri tərəfindən 4 saata yaxın gözlədilib. Daha sonra jurnalistlərin mikrofon və kameralarını ölkəyə keçirməsinə icazə verilməyib. Avadanlıqlarını geridə qoyaraq yenidən sərhədi keçmək istəyən jurnalistlərə təkrar olaraq rədd cavabı alıblar.

Erməni jurnalistlərin Axaltsixe, Axalkalaki və Tbilisidə görüşlər keçirəcəyi bildirilib. Gürcüstan tərəfinin jurnalistlərin ölkəyə buraxılmamasının səbəbini izah etmədiyi bildirilib.

Analoji hadisənin Rusiya-Gürcüstan sərhədində yerləşən Larsi gömrük-keçid məntəqəsində də baş verdiyi bildirilib. Belə ki, Sankt-Peterburqdan gələn avtomobilin həddindən artıq hərbi görünüşə malik olması əsas gətirilərək içərisindəki jurnalistlərin və kinematoqrafların Gürcüstana girişinə icazə verilməyib. Səyahət səbəblərinin Gürcüstanda və Ermənistanda sənədli film hazırlamaq olduğunu bildirdikdən sonra heyət üzvlərindən dördü Gürcüstan ərazisinə buraxılıb, avtomobilin sürücüsü isə Rusiyaya geri qayıdıb.apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar