Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO

Tarix: 11-10-2019 08:12     Baxış: 3188 A- / A+
Kosmosda ilk dəfə süni ət yetişdirilib - VİDEO

İsrailin “Aleph Farms” ərzaq startapı üçölçülü printer vasitəsilə kosmosda ilk dəfə ət çap edib.

Manevr.az “ICTnews”a istinadən xəbər verir ki, startap tədqiqatçıları 2018-ci ilin dekabrından laboratoriyada ətin yetişdirilməsi ilə məşğul olsalar da, bu dəfə onun müxtəlif şəraitlərdə yetişdirilə biləcəyinə əmin olmaq istəyiblər. Laboratoriya ətinin istehsalı üçün biopsiyanın köməyi ilə inək toxumalarından müəyyən miqdarda hüceyrə nümunələri götürülüb. Sonra hüceyrələr inək bədəninin daxilindəki mühiti imitasiya edən qida maddələrinin olduğu maye ilə qatışdırılıb. Bu mühitdə hüceyrələr nazik ət parçasına çevrilib. Süni əti dequstasiyadan keçirən tədqiqatçıların sözlərinə görə, onun dadı əla olmasa da, adi mal ətinin teksturasını və dadını imitasiya edir.
Məlumata görə, ətin kosmosda yetişdirilməsi üçün “Aleph Farms” mütəxəssisləri prosesi bir qədər dəyişdiriblər. Onlar əvvəlcə inək toxuması hüceyrələrini və qida məhlulunu qapalı damarlara yerləşdirdikdən sonra damarları kosmik gəmiyə yükləyərək Yer kürəsindən 400 kilometr məsafədə yerləşən Beynəlxalq Kosmik Stansiyanın Rusiyaya aid orbitinə göndəriblər. Rusiya kosmonavtları tərəfindən “3D Bioprinting Solutions” şirkətinin flakonları maqnit printerə yerləşdirildikdən sonra hüceyrələr əzələ toxumasının istehsalı üçün çoxaldılıb. Eksperimentin uğurla başa çatması sübut edib ki, istənilən şəraitdə süni ət yetişdirmək mümkündür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar