Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranda xanım azarkeşlər stadiona buraxıldı - ŞƏKİLLƏR

Tarix: 10-10-2019 20:59     Baxış: 4247 A- / A+
İranda xanım azarkeşlər stadiona buraxıldı - ŞƏKİLLƏR


Bu gün keçirilən Dünya çempionatının seçmə mərhələsinin İran - Kamboca oyununu qadın azarkeşlər də canlı izləyir.

Manevr.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17.30-da start götürün matçı izələmək istəyən xanımlar "Azadi" stadionuna buraxılıb.

Qeyd edək ki, mart ayında Səhər Heyəri adlı qadın bir neçə rəfiqəsi ilə kişi geyimində "İstiqlal"ın oyununa getdiyi üçün həbs olunmuşdu. 3 gün həbsdə saxlanılan Səhər daha sonra zaminə buraxılmışdı. 6 ay məhkəmə günü gözləyən xanım azarkeş hakimin "təcili işi çıxdığı üçün" təxirə salınan prosesdən sonra məhkəmə binasının önündə özünü yandırıb. "İstiqlal"ın rənglərinə uyğun olaraq "Mavi qız" ləqəbini götürən və bu adla paylaşımlar edən Səhər sentyabrın 10-da əfat edib.

Hadisə ilə bağlı açıqlama verən Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) rəsmisi Filip Luter bildirib ki, Səhərin ölümü İranın qdın haqqlarına verdiyi dəyərin göstəricisidi: "Səhərin ölümü boşuna olmamalıdı. Gələcəkdə başqa faciələrin baş verməməsi üçün İranda dəyişikliklər edilməlidi".

İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra qadınların bir çox hüquqları kimi, stadiondan oyun izləmək hüququ da alınıb. Yasaq ilk dəfə ötən il aradan qaldırılıb və qadınlar Asiya Çempionlar Liqasının oyununa buraxılıb. Bir müddət əvvəl 6 qadın kişi geyimində stadiona girdiyi üçün həbs olunmuşdu. Yerli liqaların belə yubanmasına səbəb olan bu olaydan sonra FIFA İrana xəbərdarlıq edərək qadınların stadionlara buraxılmamasının ali futbol qurumunun dəyərlərinə ziddi olduğunu qeyd etmişdi. Ali futbol qurumu tələb etmişdi ki, qadınların hüquqları pozulmasın və onların stadiona maneəsiz daxil olmalarına icazə verilsin. Əks təqdirdə İranın Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq.

Onu da qeyd edək ki, oktyabrın 10-da Tehranda İran və Kambocanın milli komandaları qarşılaşacaq. İran qadınları bu oyuna buraxılacaq.

İranda xanım azarkeşlər stadiona buraxıldı - ŞƏKİLLƏR
İranda xanım azarkeşlər stadiona buraxıldı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar