Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ separatçısı Paşinyanı öldürməklə hədələdi

Tarix: 09-10-2019 15:26     Baxış: 2217 A- / A+
Qarabağ separatçısı Paşinyanı öldürməklə hədələdi

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “Milli Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və “Sasna Tsrer” terrorçularını fiziki məhv etməklə hədələyib.

Manevr.az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, V.Balasanyan bildirib ki, Paşinyanı hakimiyyətə Qərbdəki “məşhur mərkəzlər” gətirib.

“Və onlar da Paşinyanı idarə edirlər və nə etməli olduğu barədə göstərişlər verirlər”, - deyə V.Balasanyan qeyd edib

Balasanyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının “Sasna Tsrer” terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib.

O, Paşinyanın bu yaxınlarda “Sasna Tsrer” partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla Baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Söyləyib ki, bu görüş başqa cür düşünənlərə qarşı təzyiq cəhdidir.

“Nikol Paşinyan hamını, o cümlədən, məni qorxutmağa çalışır. O, özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər”, - deyə V.Balasanyan əlavə edib.

Qarabağ separatçısı Paşinyana və “Sasna Tsrer”ə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək:

“Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar