Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün ilin Nobel mükafatı laureatlarının adları açıqlanacaq

Tarix: 07-10-2019 10:25     Baxış: 4186 A- / A+
Bu gün ilin Nobel mükafatı laureatlarının adları açıqlanacaq

Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mükafatı laureatları elan olunacaq.

Manevr.az xəbər verir ki, bu barədə Nobel mükafatının rəsmi saytı məlumat yayıb.

Əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.

Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

Qeyd edək ki, 2019-cu il üzrə Nobel mükafatları laureatlarının elan olunması maraqlı bir özəlliklə fərqlənəcək. Belə ki, bu il həm 2018, həm də 2019-cu illər üzrə ədəbiyyat laureatların adları elan olacaq. Bu hal onunla bağlıdır ki, keçən il, Nobel mükafatını təqdim edən orqan İsveç Akademiyasında baş vermiş qalmaqalın ardınca onun üzvlərinin sayı azalıb. Cinsi təcavüz iddialarının üzərində yaranmış qalmaqalın ardınca İsveç Akademiyasında daxili təhqiqat da aparılıb. Qalmaqalın ardınca həmən il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adının elan edilməsinin təxirə salması haqda qərar verilib.

Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi dekabrın 10-da tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholm və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar