Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanda sürpriz görüş: Putin Koçaryanın aravadı ilə bir arada

Tarix: 02-10-2019 11:51     Baxış: 3205 A- / A+
İrəvanda sürpriz görüş: Putin Koçaryanın aravadı ilə bir arada

Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana səfər edən Rusiya prezidenti Vladimir Putin həbsdə olan keçmiş Ermənistan prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryan ilə görüşüb.

Manevr.az bildirir ki, bu barədə məlumatı Rusiya nümayəndə heyətinin üzvlərindən biri açıqlayıb. Məlumata görə Putin və Bella Koçaryan çay içərək uzun müddət söhbət ediblər.
Məlumat üçün bildirək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ağır ittihamlarla həbs olunsa da Putin ona dəfələrlə məktub yazıb.
Putin sonuncu məktubunu bu ilin avqust ayının 31-də Robert Koçaryanın 65 yaşının tamam olması münasibətilə yazıb.
Rusiya Prezidenti təbrik məktubunda bunları qeyd edib:
"Hörmətli Robert Sedrakoviç, 65 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Həm ölkənizdəki, həm də xaricdəki soydaşlarınız arasında layiqincə hörmət qazandınız, müasir Ermənistanın inkişafına və Zaqafqaziyada təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verdiniz".
Onu da bildirək ki, Putin ötən ilin avqust ayının 31-də də Koçaryana zəng edərək onun ad gününü təbrik edib.
Məlumat üçün bildirək ki, Robert Koçaryan Prezident olduğu dövürdə - 2008-ci il 1 mart tarixində seçkilərin nəticələrinə etiraz edən müxalifət təmsilçilərinə qarşı güc tətbiq edib və nəticədə 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət alıb.
Nikol Paşinyan ötən ilin may ayında hakimiyyətə gəldikdən sonra Koçaryan barəsində cinayət işi açılıb və ötən ilin iyulun sonunda həbs olunub. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişib.
Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin gün Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.
Qeyd edək ki, Robert Koçaryan ikinci dəfə həbs olunduqdan qısa müddət sonra - ötən ilin dekabr ayının sonunda Putin onu "Yeni il" münasibətilə təbrik məktubu göndərib.yeniavaz.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar