Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Jak Şirakın dəfn mərasiminə 80 ölkənin lideri gələcək

Tarix: 30-09-2019 09:16     Baxış: 4139 A- / A+
Jak Şirakın dəfn mərasiminə 80 ölkənin lideri gələcək


Fransanın paytaxtı Paris şəhərində ölkənin keçmiş prezidenti Jak Şirakla keçiriləcək vida mərasimində dünyanın 80 lideri iştirak edəcək.

Manevr.az xəbər verir ki, Parisdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İtaliya Respublikasının Prezidenti Sergio Mattarella, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Belçikanın Baş Naziri Şarl Mişel, Livanın Baş Naziri Saad Hariri, Macarıstanın Baş Naziri Viktor Orban, Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili, Konqo Xalq Respublikasının prezidenti Deni Sassu-Nqesso, Monakonun Knyazı II Albert olacaq.

Bundan başqa vida mərasimində İordaniya Kralı II Abdullah, Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani də iştirak edəcək.

Şirakın yaxınları və qohumlarının iştirakı ilə keçiriləcək anım mərasiminə Fransa prezlidenti Emmanuel Makron rəhbərlik edəcək.

Vida mərasiminə eyni zamanda Şirak dövrünün siyasətçiləri də gələcək. Onların arasında Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröder, İspaniyanın keçmiş baş naziri Jose Luis Rodriguez Zapatero, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Kərzai də var.

Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Olland Jak Şirakla vidalaşacaq./report/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar