Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milyarderin cəsədi kanalizasiyadan tapıldı - Şok hadisə

Tarix: 27-09-2019 21:48     Baxış: 3252 A- / A+
Milyarderin cəsədi kanalizasiyadan tapıldı - Şok hadisə

Bir həftə əvvəl -20 sentyabr cümə günü Hollandiya vətəndaşı, yəhudi mənşəli 71 yaşlı milyarder Tob Koenin cəsədi Keniyanın Kitisura şəhərindəki bir yaşayış binasının kanalizasiyasından tapılıb.

Manevr.az xəbər verir ki, mərhumun cəsədində yara izləri aşkar edilib. Daha sonra milyarderin qətldə şübhəli bilinən arvadı, keniyalı Sara Vairimu həbs olunub. Sentyabrın 24-də Koen Nayrobidə bir yəhudi qəbiristanlığında dəfn edilib.

Tob Koen iyulun 19-da itkin düşüb. Bundan az sonra isə dul qalmış Sara Vairimu guya "müalicə üçün" Tailanda gedib. Daha sonra o, Keniyaya qayıdıb. Həbs olunduqdan sonra Vairimu günahını qəti şəkildə rədd edir.

Keniya mediası ittihamnamənin oktyabrın 1-də məhkəmədə təqdim olunacağını yazır. Prokurorluq işin məhkəməyə verilməsini təxirə salmaqda israr edir, çünki dövlət ittihamçısı məsələsi hələ də həll edilməyib.

Tob Koenin mirasına, xüsusən təxminən 4 milyon dollara başa gəldiyi deyilən villasına xüsusi diqqət yetirilir. Yayılan məlumatlara görə, milyarder həmin villanı bu həftə Nairobiyə gələn bacısı Qabrielaya miras qoyub.yenisabah


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar