Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İnklərin itmiş şəhərinin sirri açılıb

Tarix: 26-09-2019 22:55     Baxış: 4137 A- / A+
İnklərin itmiş şəhərinin sirri açılıb


Braziliyadakı Riu-Qrandi-du Sul Federal Universitetinin alimləri dəniz səviyyəsindən iki kilometr yüksəklikdə yerləşən inklərin Maçu Pikçu şəhərinin sirrini aşkar edib.

Məlum olub ki, inşaatçılar buranı tikintiyə yararlı material mənbəyi olduğu üçün seçiblər. Elmi işin nəticələri Amerika Geoloji Cəmiyyətinin konfransında təqdim olunub.

Arxeoloqlar peyk şəkilləri və sahə araşdırmalarının nəticələrini təhlil edib və sonra Maçu Pikçunun altında uzunluğu hətta 175 kilometrə çatan geoloji nöqsanlar xəritəsini hazırlayıblar. Xəritədə göstərilənlər şimal-şərqdən cənub-qərbə və şimal-qərbdən cənub-şərqə uzanır və inklərin şəhəri altında kəsişir. Digər şəhərlər - Olyantaytambo, Pisak və Kusko da oxşar “yol kəsişmələrində” inşa olunub.

Çatlar güclü yağışlar zamanı fəlakətli daşqının qarşısını almağa kömək edən təbii axıntılar rolunu oynayır. Dağıntılar həmçinin inkləri məbəd və digər tikililər üçün daşlarla təmin edir, bu da insanların tikintiyə daha az enerji sərf etməsinə şərait yaradırdı.

Bundan əlavə, əsas sektorlar, bina və pilləkənlər geoloji boşluqların istiqamətinə uyğun qurulurdu. Bu təhlilə görə, Maçu Pikçunun planı dağıntı və çatlaqların xəritəsi ilə üst-üstə düşür.

İnklərin itmiş Maçu Pikçu şəhəri müasir Peru ərazisində yerləşir. O, dağ silsiləsinin başında, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə salınıb. Şəhərin XV əsrdə qurulduğu hesab olunur./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar