Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Tarix: 26-09-2019 14:44     Baxış: 4479 A- / A+
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Bəlkə də, haqqında heç vaxt eşitmədiyiniz bu məhsulların qiyməti sizləri təəccübləndirə və hətta şoka sala bilər. Onların çoxu həddən artıq bahalı, eksklüziv və planetin yalnız ən zəngin insanları üçün əlçatandır.

Manevr.az mirfactov.com-a istinadən oxucuları həmin məhsullarla tanış edir.

Qara qarpız
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

"Densuke" qarpızı yalnız Yaponiyanın Hokkaydo adasının şimalında yetişdirilir. Hazırda tarlanın sahibi yerli kənd təsərrüfatını dəstəkləyən və dəniz məhsullarının satışıyla məşğul olan tacirdir. Bu qarpızın adı yapon dilindən "düyü tarlasına yardım" mənasını verir. Bir ədədi təxminən 6000 dollara satılır.

"Qara fil" qəhvəsi
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

"Kopi Luwak"ın necə hazırlanması yadınızdadır? Bu qəhvə eyni qaydada hazırlanır, lakin onun istehsalı üçün fillərin həzm sistemindən istifadə olunur. Qəhvənin istehsalçısı Bleyk Dinkindir. O, fillərə qəhvə dənələri yedizdirir, sonra isə onların həzm etdiklərini toplayıb satır. Ağlasığmaz olsa da, fillərin nəcisinə 2000 dollar verənlər var.

Roma üzümü
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Üzümün bu növü Yaponiyada yetişdirilir. Adı isə xüsusi rənginə görə verilib. Meyvə çox şirindir. Hər üzüm dənəsi pinq-ponq topu boyda ola bilər. Siz bu meyvənin toxumlarını 2 dollara ala bilərsiz, lakin avropa iqlimində onu yetişdirmək çox çətindir. Üzümün bir bağlamasının qiyməti 11 000 dollar təşkil edir.

"Almas" kürüsü

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Xəzər dənizinin albinos ağbalığının kürüsü olan "Almas" İranda istehsal edilir. Onu Londonda yerləşən "Caviar House & Prunier" restoranında dadmaq mümkündür. Məhsul 24-karatlıq qızıldan olan bankalarda satılır. Fındıq tamı verən "Almas" dünyanın ən bahalı kürüsüdür. Bir kiloqramının qiyməti 25 000 ABŞ dollarıdır.

"Vaqyu" mal əti

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

"Vaqyu" inəklərinin əti unikaldır. Niyə? Çünki bu inəklər "qlamur" həyt yaşayır: pivə içir, sertifikatlaşdırılmış yem yeyir, klassik musiqiyə qulaq asır və masaj olunur. Bütün bunlar ən keyfiyyətli mal əti əldə etmək üçün edilir. Ət həddən artıq yağlı ola bilər, lakin tərkibində həmçinin xolesterini artırmayan turşu da mövcuddur. Çox dadlı olan bu ətin bir kiloqramı 500 dollara satılır.

"Ayam Çemani"

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Bu toyuqlarda piqmentasiyanı əhəmiyyətli dərəcədə artıran genlər olduğundan onlar tamamilə qara olurlar. Özü də təkcə zahirdə deyil, onların sümük və əzələləri də qaradır. Özünəməxsus dadı olan ətin tərkibində çoxlu zülal olur, yağ isə demək olar ki, olmur. Qara toyuğun birini alıb dadmaq istəyənlər 800 dollar ödəməlidir.

Şam ağacı göbələyi

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Şam ağacı göbələyinə Avropa, Asiya, Şimali Amerika və Havay adalarında rast gəlmək olar. Yaponiyada o, məhsuldarlıq və sərvətin simvoludur. Bu göbələyin bir kiloqramı 100 dollara satılır. O, müalicəvi xüsusiyyətlərə malikdir, qan xəstəlikləriylə mübarizədə faydalıdır, xərçəngin qarşısını alır. Göbələklər həzm yolu xəstəlikləriylə mübarizədə kömək edən dərman preparatlarının tərkibinə əlavə olunur. Təzə yığılmış göbələklər tibbi məqsədlər üçün daha faydalıdır. Onlar digərlərindən bahalıdır və bir kiloqramının qiyməti 500 dollaradək qalxa bilər.

"Yubari" yemişləri

Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Bu yemişlər Yubaridə (Yaponiya), Hokkaydo adasında yetişdirilir. Mütəxəssislər onu dünyanın ən şirin meyvəsi adlandırır. Bu, yemişin yetişdirildiyi torpaqda vulkanik külün çoxluğuyla bağlıdır. Əvvəllər meyvənin bir dənəsinin qiyməti 150 dollar olub. 2008-ci ildə keçirilən hərracda iki yemiş 28 000 dollara satıldıqdan sonra meyvə zənginlər arasında məşhurlaşıb. Onlara tələbat artıb, təklif isə kiçik qaldığından, hazırda onların bir ədədi təxminən 12 000 dollara satılır.
İberiya vetçinası
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

İberiya vetçinasının kiloqramı 320 dollaradır. Bir porsiyasının qiyməti təxminən 15 dollar təşkil edir. Bu məhsul İspaniyanın kral ailələrinin sevimli yeməyidir. Vetçina üç kateqoriyaya bölünür. Onlardan ən yaxşısı, Jamon Iberico de Beyote, palıd qozalarıyla qidalan vəhşi qaban ətindən düzəldilir. İberiya vetçinası xüsusi yumşaqlığı və nadir dadıyla seçilir. Necə deyərlər, ağızda əriyir.
Ağ trüfel
Dünyanın ən bahalı qidalarının qiyməti - ONLARI ANCAQ VARLILAR YEYİR - ŞƏKİLLƏR

Göbələklərin ən eksklüzividir. Onları süni şəraitdə yetişdirmək mümkün deyil. Ona görə bir kiloqramının qiyməti təxminən 8000 dollardır və yalnız ən bahalı restoranlarda satılır. Özünəməxsus dad və ətrinə görə göbələk xüsusi üsulla bişirilir. Roma imperiyası dövründən bu göbələklərin axtarış texnologiyası dəyişməz olaraq qalır: bunun üçün xüsusi öyrədilmiş donuzlar və itlərdən istifadə olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar