Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qızlarımızın pis yola düşməsini istəmiriksə…

Tarix: 25-09-2019 16:34     Baxış: 3136 A- / A+
Qızlarımızın pis yola düşməsini istəmiriksə…

Ötən gün “Yeni Müsavat” qəzetinin Facebook səhifəsində nəsillərin debatı baş tutdu.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etdikdən sonra qısa müddət ərzində məşhurlaşan gənc fəal Nərmin Şahmarzadə ilə mental dəyərlərimiz ətrafında fikir mübadiləsi apardıq. Verilişin anonsu sosial şəbəkələrə yol tapanda, dostlarımdan bu məzmunda mesajlar almağa başladım: “Nərmin kimdir ki, onunla debata çıxırsan?”
Aradan bir neçə ay keçməsinə baxmayaraq, Nərmin hələ də səhvinin bədəlini ödəyir. Anti-milli davranışına görə peşmançılıq hissi keçirmədiyi üçün cəmiyyət haqlı olaraq onu əfv etmir. Sosial şəbəkə iştirakçıları hesab edirlər ki, xalqın mental dəyərlərinə savaş açan bu qıza tribuna vermək olmaz. Hətta onu cəmiyyətdən təcrid etməyi təklif edənlər də var.

Təcrid çıxış yoludurmu?

Biz hüquqi dövlətdə yaşayırıq. Azərbaycanda açıq cəmiyyət quruculuğu ləng də olsa, davam edir. Düşüncələrini sərbəst şəkildə dilə gətirdiyinə görə kiminsə ağzına “skoç” yapışdırmaq nə dərəcədə ədalətlidir? Nərmin danışanda qulaqlarımızı tutsaq, o susacaq?
Cəmiyyətin narahatlığı başadüşüləndir. Həqiqətən də Nərminin fikirləri zərərlidir. O, yeniyetmə və gənclərimizi pis yola sürükləyir. Məsələn, Nərmin gənc bir xanımın araq içməsində, siqaret çəkməsində heç bir qəbahət görmür. Bunun səhv yanaşma olduğunu debat zamanı onun özünə də dedim. Problem odur ki, bu cür zərərli vətdişləri təbliğ edən təkcə Nərmin deyil. Bığlı-saqqalı kişilərin səhərdən-axşama kimi sosial şəbəkələrdə arağı, pivəni təbliğ etdiyini görmürsünüzmü? Bir yaşında uşağın qulağının dibinə siqaret qoyan, 2 yaşında uşağa zorla araq içirdən bizlər deyilikmi? Axı heç kim bizi ucuz Gəncə arağından içib, metroda, avtobusda öküz kimi böyürməyə məcbur etmir. Atasının evə bir gün ayıq gəlmədiyini görən uşaq Nərmini tanımasa da, arağı “tanıyacaq”…
Nərminin qəbahəti böyükdür, amma danışdığına görə insanın dilini kəsmək olmaz. Biz azad cəmiyyətdə yaşayırıq. Cəmiyyətdə ən müxtəlif səslər eşidilməlidir. Bir valideyn kimi bizim borcumuz övladlarımızı dinləməkdir. Əgər dinləməsək, onların düz, yaxud səhv danışdığını necə müəyyənləşdirə bilərik?
Uşaq beşikdə yatandan ta bığlı-saqqallı kişi olana kimi valideyn onun üstündə əsir. Həmişə övladlarımızın pis vərdişlərin aludəçisi olacağından qorxuruq. Bu, əksər valideynlər üçün xarakterik olan haldır. Bəs, övladlarımızın yaxşı yolun yolçusu olmaları üçün nə edirik? Kişilərdən soruşuram: aramızda neçə nəfər uşaqlarının oxuduğu məktəbin yolunu tanıyır? Biz atalar heç olmasa, ildə bir dəfə valideyn iclasına gedirikmi? Uşaqlarımızı ayda neçə dəfə kinoya, teatra, muzeyə aparırıqmı? Aramızda neçə nəfər övladının ad günündə ona zərli köynək deyil, nəfis şəkildə tərtib olunmuş kitab hədiyyə edir?
Təcrübə göstərir ki, dayaz biliyi, məhdud dünyagörüşü olan uşaqlar daha tez təsir altına düşürlər. Əgər övladlarımıza yaxşı təhsil versək, onların mənəvi cəhətdən zənginləşməsinin qeydinə qalsaq, ucuz əyləncələrə maraq göstərməzlər. Savadlı qızın bir bokal şərab içmək kimi cılız hədəfi ola bilməz. Övladlarımız üçün onları üfüqlərə götürəcək hədəflər müəyyənləşdirməliyik…moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar