Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

466 milyon illik sirr aşkara çıxdı - İnsanlığı gözləyən BÖYÜK TƏHLÜKƏ

Tarix: 20-09-2019 18:15     Baxış: 3214 A- / A+
466 milyon illik sirr aşkara çıxdı - İnsanlığı gözləyən BÖYÜK TƏHLÜKƏ

Yer kürəsinin 466 milyon il əvvəl gözlənilməz bir şəkildə buz dövrünə girdiyini bilirdik.

Manevr.az xəbər verir ki, bu sirli hadisənin səbəbi "Science Advances" (Elmin üstünlükləri) dərgisində dərc olunan məqalədə təqdim edilib.

Çikaqo Universitetində işləyən Filip Hekin rəhbərliyi ilə aparılan araşdırmaya görə, planetimizin buz dövrünə girməsinin səbəbi Yer kürəsi ilə nəhəng meteoritin toqquşması olub. Toqquşma nəticəsində Yerin atmosfer qatı toz ilə örtülüb və bu da Günəş şüalarının bir müddət Yerin səthinə düşməsinin qarşısını alıb. Hek bildirib ki, bu toqquşmanın təsirlərini planetimiz hələ də hiss edir.

Bəs Yer kürəsi üçün eyni təhdid davam edirmi?

Mütəxəssislərin fikrincə, bəli! Yer kürəsi asteroidlərlə mübarizədə müdafiəsizdir.

Hollivud filmlərinin ən məşhur mövzularından biri olan bu ssenariyə cavab NASA-dan gəlib. Qurumun ehtimalına görə, Yer kürəsi asteroid və ya bir meteoritlə toqquşsa, gələcəyimiz heç də parlaq olmayacaq.

NASA professoru Yosef Natın Amerika Geofizika Birliyindəki çıxışında sürpriz bir asteroidə müdaxilə edəcək zamanın olmaya biləcəyini vurğulamışdı. Ən böyük problem isə insanlığın bu vəziyyətdə necə davranacağına dair dəqiq yol xəritəsinin olmamasıdır. Bu risk isə hər an gerçəkləşə bilər.

Nata görə, bu riski aradan qaldıra biləcək yeganə yol ancaq Yer kürəsi ilə toqquşa biləcək asteriodləri müşahidə və analiz edəcək kosmik gəmisinin kosmosa göndərilməsidir. Əgər kifayət qədər məbləğ yatırılsa, 1 il ərzində bu kosmik gəmi hazırlanıb göndərilə bilər. publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar