Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Köçəryan: “Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər

Tarix: 18-09-2019 09:23     Baxış: 2251 A- / A+
Köçəryan: “Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər


Bu gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan üzərində məhkəmə prosesi keçirilib.

Manevr.az Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş prezident vəkillərin onu zaminə buraxmaq barədə vəsatətini dəstəklədiyini bildirib.

Robert Köçəryan təcridxanada saxlanılmasının qanunsuz olduğunu söyləyib və istintaqdan gizlənməyə, habelə ölkədən qaçmağa can atmadığını deyib.

“Əgər gizlənən adam olsaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdilər. Bundan başqa, istintaqa təsir göstərəcək heç bir təzyiq vasitəm yoxdur. Əlinizdə 2008-ci ilin 1 mart hadisələri ilə bağlı mənimlə əlaqədar cəmi 2-3 epizod var…” – deyə Robert Köçəryan hakimə səslənib.

Onun sözlərinə görə, bunlardan biri həmin ilin fevralın 23-də Ali Hərbi Şuranın iclasıdır. İkincisi isə ölkədə fövqaladə vəziyyət elan etməklə bağlı o dövrdə paralment spikeri olmuş Tiqran Torosyan, baş nazir Serj Sərkisyan, polis rəisi Ayk Arutunyanla apardığı müzakirələrdir.

Qeyd olunur ki, fevralın 23-də keçirilən iclasın iştirakçılarından biri, hazırda baş nazir Nikol Paşinyanın müşaviri olan general-mayor Arşak Karapetyan istintaqa Robert Köçəryanın orada şifahi şəkildə fövqaladə vəziyyət elan etdiyini bildirib.
Ermənistanın keçmiş dövlət başçısı onun ifadəsini absurd adlandırıb.

Robert Köçəryan zaminə çıxmaq üçün girov məbləğini də ödəyəcəyini, lakin bunun üçün özünün və ailəsinin bank hesabları üzərindən həbsin götürülməsini istəyib. /Musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar