Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - ŞƏKİL

Tarix: 18-09-2019 08:51     Baxış: 3201 A- / A+
Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - ŞƏKİL


Amerikalı üzgüçü, 37 yaşlı Sara Tomas La-Manş boğazını dörd dəfə fasiləsiz olaraq üzüb keçən ilk insan kimi tarixə düşüb.

BBC-yə xəbər verir ki, sentyabrın 15-də səhər saatlarında Fransadan üzməyə başlayan idmançı dayanmadan 54 saat üzərək İngiltərənin Dover limanına çatıb. O, sol ayağında qıcolma hiss etsə də məsafəni uğurla başa çatdırıb.

Sahilə çıxan üzgüçü BBC-yə açıqlamasında deyib: “Çox yoruldum. Bunu bacardığıma inana bilmirəm”.

Sara Tomas bu qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn insanlara həsr etdiyini deyib. Amerikalı marafon üzgüçüsünə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. O, bir il davam edən müalicədən sonra bu xəstəliyə qalib gəlib. Sara Tomas bundan əvvəl 2007-ci, 2012-ci və 2016-cı illərdə La-Manş boğazını üzərək keçib.

Fransa ilə Böyük Britaniyanı ayıran La-Manş boğazı Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu 558 kilometr olan boğazın eni 33,3 kilometrdən 240 kilometrədək dəyişir.

Manevr.az


Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar