Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsveçli alimlər ölü insan əti yeməyi tövsiyə edir

Tarix: 10-09-2019 12:12     Baxış: 3237 A- / A+
İsveçli alimlər ölü insan əti yeməyi tövsiyə edir


İsveçli alimlər insan əti yeyərək, bəşəriyyəti xilas etməyi təklif ediblər.
Stokholmun İqtisadiyyat məktəbinin professoru Maqnus Soderlund qida rasionunda insan ətindən istifadə etməyi tövsiyə edir.


"New York Post"a xəbərə görə, bu barədə alim İsveçin paytaxtında "Qastro" elmi simpoziumundakı çıxışı zamanı açıqlama verib.
Onun fikrincə, dünya birliyi ölü insan ətindən istifadə edərək bəşəriyyəti xilas edə bilər.

Soderlundun hannibalizminin əsas müzakirə mövzusu bu sual oldu:

"Siz insan ətinin necə yeyiləcəyini təsəvvür edirsiniz?"

Onun fikrincə, hannibalizmə qarşı konservativ yanaşma dəyişərsə, bəşəriyyətin insan ətindən istifadəyə qarşı fikri də dəyişə bilər.

Tədbirdə hannibalizmin, həqiqətən, gələcəkdə qida çatışmazlığı probleminin həlli olub-olmayacağı xüsusilə müzakirə edilib.

İnsan ətini sınamağa şəxsən hazır olub-olmadığını soruşduqda Soderlund bu fikrə açıq olduğunu söyləyib:

"Mövzu ilə bağlı müəyyən dərəcədə qərarsızlıq hiss etsəm də, məsələyə konservativ yanaşmıram. Deməliyəm ki, onu ən azı sınamağa hazıram".

Alim, həmçinin, ev heyvanları və həşərat yeməkləri kimi alternativ və "daha real" qidalardan istifadəni də təklif edib.

Qeyd edək ki, hannibalizmin insan sağlamlığına potensial təhlükə olması professorun fikirlərinin tətbiqinə mane ola bilər. Məsələn, 1960-cı illərə qədər Papua - Yeni Qvineyanın yerli sakinləri öz ölülərindən qida kimi istifadə ediblər. Bu isə "gülən ölüm" kimi də tanınan "Kuru xəstəliyi" epidemiyasının yayılmasına səbəb olub.

Hazırda isə ABŞ Milli Tibb Kitabxanasından verilən məlumata görə, insanın beyin toxumasında yoluxucu infeksiya aşkarlanıb.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar